https://sputnik.az/20210927/Khn-stereotiplr-yeni-era-B-plan-v-Mahir-yox-Magic-428024620.html
Köhnə stereotiplər, yeni era, "B" planı və Mahir yox, Magic
Köhnə stereotiplər, yeni era, "B" planı və Mahir yox, Magic
Sputnik Azərbaycan
Ulduzluq xəstəliyinə düçar olmasa, nəhayət, dünya futbol vitrinində parlayan Mahir Emreli adlı təmsilçimiz olacaq. 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T09:00+0400
2021-09-27T09:00+0400
2021-09-26T23:50+0400
xəbərlər
yazarlar
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424863135_0:0:3172:1785_1920x0_80_0_0_e43036b9bd68907aa1bfdd3f88877d1a.jpg
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.Etibarsız QərbErmənistan qulpsuz çemodandır, ortada qoyub getmək də çətindir, sürüyüb aparmaq da... Bu ölkənin müstəqilliyi ilə bağlı təbriklər təxminən bunu xatırladır. Təbriklərin mətni, yəqin ki, qonşularımızın çox da ürəyincə deyil - Rusiya, ABŞ, hətta Fransa lideri "status"un nəinki adını da çəkməyiblər, heç ona eyham da vurmayıblar... Yalnız sülh və əməkdaşlıq çağırışları, vəssalam.BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan Prezidenti beynəlxalq ictimiayyəti növbəti dəfə məlumatlandırdı. Ermənistan baş naziri isə bir daha ölkəsi üçün bölgədə uzunmüddətli sülhün əhəmiyyətli olmadığını nümayiş etdirdi, yenə "status", "Qarabağ münaqişəsinin bitmədiyi"nə dair sərsəmləmələr…Bu mövzunu erməni siyasi şərhçi Razmik Akopcanyanın etirafı ilə bağlamaq olar: "İndi erməni xalqı bunu yavaş-yavaş anlamağa başlayıb. Artıq Ermənistan başa düşür ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək".Ötən həftə Ermənistanın Mehri rayonunda baş verən yanğınlar isə İranın köməkliyi ilə söndürülüb.Anlaşılmaz CənubQərb dövlətlərinə bel bağlamağın acı nəticələrini dünyanın, demək olar ki, bütün bölgələrində yaşayıblar.Ancaq cənub da mövqeyində sabit deyil, hətta din qardaşların olsa belə.Azərbaycanın Türkiyə ilə birgə Laçında keçirdiyi hərbi təlimlərdən sonra İran ölkənin şimalında tələm-tələsik təlimlərə başladı. Maraqlıdır, bizim təlimlərinin axı Tehrana nə dəxli?! Bu, nə isterikadır.Ancaq cənub qonşumuzla bağlı pozitiv meyl də var.İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında deyib: "Mən bütün dünya ölkələri, xüsusən qonşu dövlətlərlə qarşılıqlı və səmərəli əməkdaşlığa çalışacağam. Onlarla səmimi və mehriban şəkildə əl sıxışıram. Yeni dönəm başladı".Baxaq, Azərbaycanın özünə dost kimi qiymətləndirdiyi, amma 44 günlük müharibədə mövqeyinədə tərəddüdlər müşahidə olunan Tehranın "yeni dönəmi" nə ilə xarakterik olacaq.Okeanın o tayıİranlı dostlarımız onlar üçün bir vaxtlar hərbi platsdarm axtaranlara rəsmi Bakının qapını göstərməsini unutmamalıdır. Tarix təkrarlana da bilər – hansı ki, buna siyasi zəmin də var.Co Bayden BMT-dəki çıxışı zamanı "İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik" deyib.Və bu arada elə məhz ötən həftə ABŞ və İsrail gizli şəkildə İranla bağlı "B planı"nı müzakirə edib. Eyni zamanda, Vaşinqton yaxın vaxtlarda nüvə proqramı ilə bağlı danışıqlar bərpa olunmazsa, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.Bir az daha cənubaTaliban möhkəmlənir. Hökumət formalaşdırılır, qaydalar təsbit edilir, beynəlxalq danışıqlar aparılır. Taliblər ölkədə vəziyyəti tam stabilləşdirmək üçün cəmi 20 ay lazım olduğunu bildirib.Taliban hökuməti BMT-də çıxış üçün təşkilata müraciət edib, eyni zamanda ölkənin təşkilatdakı təmsilçisini dəyişib.Hələlik heç bir ölkə rəsmi olaraq bu hökuməti tanımır, ancaq reallığı hamı qəbul edir: Kabildəki iqamətgahda taliblər oturur, ölkə onların qərarlarına tabedir, topları da var, topxanları da…Bu arada "Taliban" edam hökmlərini bərpa etməyə hazırlaşır. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək. Hələ ola bilsin ki, bu aktlar ictimaiyyətə açıq şəkildə icra olunsun. Bunu yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edən Nuruddin Turabi bildirib.Əfqanıstana göndərilməlilərTurabi ilə danışıb, bəzilərini Əfqan türməsinə göndərmək lazımdır. Məsələn, ötən həftə saxlanılan iki cinayətkarın cəzası Əfqanıstanda daha adekvatdır, bəlkə də.Şəhid anasını oğlunun sağ olduğuna inandıran "falçı"nın oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynli ailəni aldatmaq üçün müxtəlif tamaşalar düzəldiblər: gah B.Hüseynlinin qrimlənmiş şəkli anaya göstərilib ki, oğlu əsirlikdədir, gah da Balaxan şəhidin adından Anaya zəng vurub və s.Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə onladan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.Binə qəsəbəsində isə Vətən müharibəsi qazisinin pulunu və medalını oğurlayan "qəhrəman" tutulub.Belə. Dünyanı sevgisiz böyüyən insanların savaşları məhv edir…Qorxuram elə bir zəmanə gələ..İnsanlar yaşaya, insanlıq ölə (B.Vahabzadə)Təhlükə davam edirİnsanlıq kimi insan da təhlükə altında qalmaqda davam edir. Koronavirusun yeni ştammları bir-birini əvəz edir, "peyvənd millətçiliyi" isə kasıb ölkələri daha artıq risk altında saxlayır. Reallıq belədir: peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.Bu arada məlum olub ki, Uhan şəhərindən olan virusoloqlar hələ 2018-ci ildə yarasaların peyvənd edilməsi üçün onları koronavirusla yoluxdurmağı planlaşdırıblar.BMT baş katibi Qutyerreş BMT-dəki çıxışı zamanı, ümumiyyətlə, kökündən vurub, dünyanın düz yolda olmadığını bildirib: "Dünya ayılmalıdır. Biz uçurumun kənarındayıq və yanlış istiqamətdə hərəkət edirik. Dünyamız hələ heç zaman belə böyük təhlükə ilə qarşılaşmayıb və bu qədər güclü parçalanmayıb".Magic MahirMillimizin üzvü Mahir polyakların sevimlisinə çevrilməkdə davam edir. "Legiya" onun sonuncu oyundakı gözəl qolundan sonra maraqlı paylaşım etdi: "Mahir yox, Magic" ("Mahir yox, sehr").Ulduzluq xəstəliyinə düçar olmasa, nəhayət, dünya futbol vitrinində parlayan təmsilçimiz olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/07/424863135_338:0:3069:2048_1920x0_80_0_0_c263b3545439426cc857ac4aa842f7cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Vüsal Məmmədov
https://cdnn1.img.sputnik.az/img/42248/31/422483197_0:0:843:842_100x100_80_0_0_b2c009096775e448ad1902823354d0cf.jpg
xəbərlər
Köhnə stereotiplər, yeni era, "B" planı və Mahir yox, Magic
Ulduzluq xəstəliyinə düçar olmasa, nəhayət, dünya futbol vitrinində parlayan Mahir Emreli adlı təmsilçimiz olacaq.
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.
Ermənistan qulpsuz çemodandır, ortada qoyub getmək də çətindir, sürüyüb aparmaq da... Bu ölkənin müstəqilliyi ilə bağlı təbriklər təxminən bunu xatırladır. Təbriklərin mətni, yəqin ki, qonşularımızın çox da ürəyincə deyil - Rusiya, ABŞ, hətta Fransa lideri "status"un nəinki adını da çəkməyiblər, heç ona eyham da vurmayıblar... Yalnız sülh və əməkdaşlıq çağırışları, vəssalam.
BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan Prezidenti beynəlxalq ictimiayyəti növbəti dəfə məlumatlandırdı. Ermənistan baş naziri isə bir daha ölkəsi üçün bölgədə uzunmüddətli sülhün əhəmiyyətli olmadığını nümayiş etdirdi, yenə "status", "Qarabağ münaqişəsinin bitmədiyi"nə dair sərsəmləmələr…
Bu mövzunu erməni siyasi şərhçi Razmik Akopcanyanın etirafı ilə bağlamaq olar: "İndi erməni xalqı bunu yavaş-yavaş anlamağa başlayıb. Artıq Ermənistan başa düşür ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək".
Ötən həftə Ermənistanın Mehri rayonunda baş verən yanğınlar isə İranın köməkliyi ilə söndürülüb.
Qərb dövlətlərinə bel bağlamağın acı nəticələrini dünyanın, demək olar ki, bütün bölgələrində yaşayıblar.
Ancaq cənub da mövqeyində sabit deyil, hətta din qardaşların olsa belə.
Azərbaycanın Türkiyə ilə birgə Laçında keçirdiyi hərbi təlimlərdən sonra İran ölkənin şimalında tələm-tələsik təlimlərə başladı. Maraqlıdır, bizim təlimlərinin axı Tehrana nə dəxli?! Bu, nə isterikadır.
Ancaq cənub qonşumuzla bağlı pozitiv meyl də var.
İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında deyib: "Mən bütün dünya ölkələri, xüsusən qonşu dövlətlərlə qarşılıqlı və səmərəli əməkdaşlığa çalışacağam. Onlarla səmimi və mehriban şəkildə əl sıxışıram. Yeni dönəm başladı".
Baxaq, Azərbaycanın özünə dost kimi qiymətləndirdiyi, amma 44 günlük müharibədə mövqeyinədə tərəddüdlər müşahidə olunan Tehranın "yeni dönəmi" nə ilə xarakterik olacaq.
İranlı dostlarımız onlar üçün bir vaxtlar hərbi platsdarm axtaranlara rəsmi Bakının qapını göstərməsini unutmamalıdır. Tarix təkrarlana da bilər – hansı ki, buna siyasi zəmin də var.
Co Bayden BMT-dəki çıxışı zamanı "İranın nüvə silahına sahib olmaması üçün əlimizdən gələni edəcəyik" deyib.
Və bu arada elə məhz ötən həftə ABŞ və İsrail gizli şəkildə İranla bağlı "B planı"nı müzakirə edib. Eyni zamanda, Vaşinqton yaxın vaxtlarda nüvə proqramı ilə bağlı danışıqlar bərpa olunmazsa, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Taliban möhkəmlənir. Hökumət formalaşdırılır, qaydalar təsbit edilir, beynəlxalq danışıqlar aparılır. Taliblər ölkədə vəziyyəti tam stabilləşdirmək üçün cəmi 20 ay lazım olduğunu bildirib.
Taliban hökuməti BMT-də çıxış üçün təşkilata müraciət edib, eyni zamanda ölkənin təşkilatdakı təmsilçisini dəyişib.
Hələlik heç bir ölkə rəsmi olaraq bu hökuməti tanımır, ancaq reallığı hamı qəbul edir: Kabildəki iqamətgahda taliblər oturur, ölkə onların qərarlarına tabedir, topları da var, topxanları da…
Bu arada "Taliban" edam hökmlərini bərpa etməyə hazırlaşır. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək. Hələ ola bilsin ki, bu aktlar ictimaiyyətə açıq şəkildə icra olunsun. Bunu yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edən Nuruddin Turabi bildirib.
Əfqanıstana göndərilməlilər
Turabi ilə danışıb, bəzilərini Əfqan türməsinə göndərmək lazımdır. Məsələn, ötən həftə saxlanılan iki cinayətkarın cəzası Əfqanıstanda daha adekvatdır, bəlkə də.
Şəhid anasını oğlunun sağ olduğuna inandıran "falçı"nın oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynli ailəni aldatmaq üçün müxtəlif tamaşalar düzəldiblər: gah B.Hüseynlinin qrimlənmiş şəkli anaya göstərilib ki, oğlu əsirlikdədir, gah da Balaxan şəhidin adından Anaya zəng vurub və s.
Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə onladan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.
Binə qəsəbəsində isə Vətən müharibəsi qazisinin pulunu və medalını oğurlayan "qəhrəman" tutulub.
Belə. Dünyanı sevgisiz böyüyən insanların savaşları məhv edir…
Qorxuram elə bir zəmanə gələ..
İnsanlar yaşaya, insanlıq ölə (B.Vahabzadə)
İnsanlıq kimi insan da təhlükə altında qalmaqda davam edir. Koronavirusun yeni ştammları bir-birini əvəz edir, "peyvənd millətçiliyi" isə kasıb ölkələri daha artıq risk altında saxlayır. Reallıq belədir: peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.
Bu arada məlum olub ki, Uhan şəhərindən olan virusoloqlar hələ 2018-ci ildə yarasaların peyvənd edilməsi üçün onları koronavirusla yoluxdurmağı planlaşdırıblar.
BMT baş katibi Qutyerreş BMT-dəki çıxışı zamanı, ümumiyyətlə, kökündən vurub, dünyanın düz yolda olmadığını bildirib: "Dünya ayılmalıdır. Biz uçurumun kənarındayıq və yanlış istiqamətdə hərəkət edirik. Dünyamız hələ heç zaman belə böyük təhlükə ilə qarşılaşmayıb və bu qədər güclü parçalanmayıb".
Millimizin üzvü Mahir polyakların sevimlisinə çevrilməkdə davam edir. "Legiya" onun sonuncu oyundakı gözəl qolundan sonra maraqlı paylaşım etdi: "Mahir yox, Magic" ("Mahir yox, sehr").
Ulduzluq xəstəliyinə düçar olmasa, nəhayət, dünya futbol vitrinində parlayan təmsilçimiz olacaq.