https://sputnik.az/20210923/Soruda-itirak-etmi-xarici-irktlr-Azrbaycanda-lverili-biznes-mhiti-formalab-427997235.html
Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb
Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb
Sputnik Azərbaycan
Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi... 23.09.2021, Sputnik Azərbaycan
2021-09-23T17:49+0400
2021-09-23T17:49+0400
2021-09-24T15:21+0400
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0b/424651607_0:80:3073:1808_1920x0_80_0_0_c4e40dd92c11131aa36777363963b0fc.jpg
BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1,4 milyard manat məbləğində kredit üçün müraciət edib. Həmçinin oxuyun:* Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0b/424651607_0:0:2731:2048_1920x0_80_0_0_0bb974d36f7e3a4222563d0bc59a4d5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb
17:49 23.09.2021 (Yenilənib: 15:21 24.09.2021) Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.
BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.
Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.
Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.
O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1,4 milyard manat məbləğində kredit üçün müraciət edib.