Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov

© Sputnik / Murad OrujovМероприятие в рамках деловой миссий российских компаний под эгидой АО "РОСЭКСИМБАНК" в Баку
Мероприятие в рамках деловой миссий российских компаний под эгидой АО РОСЭКСИМБАНК в Баку - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabat nəşrinin təqdimatında çıxış edib.
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanın işğaldan azad olunan ərazilərində "yaşıl enerji"nin yaradılması və inkişafına dair bir sıra layihə ilkin olaraq artıq təsdiqlənib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə digər layihələrin də icrası nəzərdə tutulur ki, onların da üzərində danışıqlar aparılır.
"Bu layihələr ofşor və onşor formatında olacaq. Əlbəttə, qanunvericiliyin təkmilləşdirilməsi də paralel olaraq aparılır. Bu da eyni zamanda orta ölçülü investorlar üçün çıxış yaradır. Biz bilirik ki, enerji potensialı var", - deyə nazir qeyd edib.
Nazir xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edib.
Onun sözlərinə görə, Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir.
“Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək. Bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsini verəcək”, - M.Cabbarov deyib.
 
Xəbər lenti
0