CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğurlanmış, itmiş heyvanları yeni sistemlə tapmaq mümkün olacaq

© AFP 2024 / AAREF WATADКошка лижет лицо собаке в приюте для животных, фото из архива
Кошка лижет лицо собаке в приюте для животных, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Heyvanların qeydiyyata alınması heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verəcək.
BAKI, 23 sentyabr — Sputnik. Ölkədə bioloji təhlükəsizliyin təmin edilməsi və heyvan mənşəli məhsullar üzərində qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin yaradılması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hazırlanır.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, sistemdə əks olunan hansı heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək.
Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və s. barədə məlumatlar da sistemdə öz əksini tapacaq.
Qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik olan HİQS bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun "fermadan süfrəyədək" izlənməsinə imkan verir.
Qeyd edək ki, sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək. Bu isə ölkəmizin müvafiq sahədə dünya iqtisadi birliyinə inteqrasiyasını asanlaşdıracaq.
Həmçinin oxuyun:
Azərbaycanda heyvanlar çiplənəcəklər
Xəbər lenti
0