https://sputnik.az/20210831/Azrbaycanda-heyvanlar-iplncklr-427816225.html
Azərbaycanda heyvanlar çiplənəcəklər
Azərbaycanda heyvanlar çiplənəcəklər
Sputnik Azərbaycan
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qida təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir. 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T12:16+0400
2021-08-31T12:16+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
hi-tech
iqtisadiyyat
heyvan
heyvanlar
çip
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42332/56/423325668_0:164:3059:1885_1920x0_80_0_0_fdddbc98eeeaacd9168692a4746d614d.jpg
BAKI, 31 avqust — Sputnik. Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sisteminin hazırlanması yekunlaşmaq üzrədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.Onun sözlərinə görə, hər bir heyvanın çiplənməsi, birkalanması prosesinə gələn ilin əvvəlindən start veriləcək.Onun sözlərinə görə, burda heyvanların xəstəliklərinin hamısı öz əksini tapacaq. Müəyyən məhsullar üzərində QR kodlar olur. Bu şəkildə heyvanların identifikasiya kodlarında bütün heyvan xəstəlikləri öz əksini tapacaq.Qeyd edək ki, mahiyyət baxımından Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının "fermadan süfrəyədək" izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və s. barədə məlumatlar da yer alır.Həmçinin oxuyun:AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olanlara müaricət edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42332/56/423325668_164:0:2895:2048_1920x0_80_0_0_2a21b735e7aea7f21604cc8ca01b22f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, hi-tech, heyvan, heyvanlar, çip, azərbaycan
xəbərlər, hi-tech, heyvan, heyvanlar, çip, azərbaycan
Azərbaycanda heyvanlar çiplənəcəklər
12:16 31.08.2021 (Yenilənib: 00:03 17.11.2021) Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qida təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir.
BAKI, 31 avqust — Sputnik. Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sisteminin hazırlanması yekunlaşmaq üzrədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
Aqrar Xidmətlər Agentliyinin sədri
Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, hər bir heyvanın çiplənməsi, birkalanması prosesinə gələn ilin əvvəlindən start veriləcək.
"Artıq hər bir heyvana vurulan vaksinlər elektron sistemə daxil ediləcək və istehlakçılar Qərbi Avropada olduğu kimi, hər hansı bir mağazadan ət və sair əldə edən zaman, o heyvana nə vaxt və hansı vaksinin vurulmasını, hansı xəstəliklər keçirməsini heyvanın üstündəki barkodlarla görə biləcək", - deyə o əlavə edib.
Onun sözlərinə görə, burda heyvanların xəstəliklərinin hamısı öz əksini tapacaq. Müəyyən məhsullar üzərində QR kodlar olur. Bu şəkildə heyvanların identifikasiya kodlarında bütün heyvan xəstəlikləri öz əksini tapacaq.
Qeyd edək ki, mahiyyət baxımından Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının "fermadan süfrəyədək" izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və s. barədə məlumatlar da yer alır.