Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ömrü uzadan və qısaldan... qidalar

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidПриготовление хот-догов
Приготовление хот-догов - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Kolbasanın 1 qramı həyatımızdan 27 saniyə, qırmızı ətin qramı 45 saniyə, bütöv bir hot-doq isə 36 dəqiqə oğurlayır.
BAKI, 23 avqust - Sputnik. Miçiqan Universitetinin alimləri müxtəlif qidaların ömür sürəyinə təsirini araşdırıblar. Tədqiqatçıların gəldiyi nəticə belədir ki, bəzi yeməklər və ərzaq məhsulları ömrü gödəldir, bəziləri isə, əksinə, saniyə və dəqiqələr bəxş edir.
Sputnik Azərbaycan bildirir ki, araşdırma haqda The Telegraph yazıb.
Nəşrin məlumatına görə, standart hesablama sxemi yaradan alimlər 6 min xörək və ərzağı qiymətləndiriblər. Bu zaman müxtəlif amillər, o cümlədən ətraf mühitə təsir də nəzərə alınıb.
Nəticədə aydın olub ki, kolbasanın 1 qramı həyatı 27 saniyə qısaldır, qırmızı ətin qramı 45 saniyə, bütöv bir hot-doq isə ömrümüzdən 36 dəqiqə qoparır. Bir porsiya kola həyatımızın 12,5 dəqiqəsini məhv edir.
Ancaq ömrü uzadan məhsullar da var.
Məsələn, alimlər deyirlər ki, qoz-fındığın bir porsiyası həyatı 26 dəqiqə, qırmızı balıq (salmon) 12 dəqiqə uzadır. Tərəvəz, meyvə və paxlalı bitkilər də ömrü uzadır. Kim çox yaşamaq istəyirsə, alimlər onlara çoxlu meyvə və balıq yeməyi məsləhət görürlər.
Eləcə də oxuyun:
Xolesterin səviyyəsini dərmansız azaltmağın üsulları
Artıq çəkinin gözlənilməz faydaları
Piylənmə ilə bağlı hepatitlərə daha çox rast gəlinir
Qoyun ətinin hansı faydaları və zərərləri var? AQTA-dan önəmli bilgilər
Şəkərin təhlükəli həddini ovucla müəyyən etmək olur
Xəbər lenti
0