CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

© AFP 2024 / Anthony WallaceСотрудник охранной фирмы, фото из архива
Сотрудник охранной фирмы, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Bir neçə günə ali məktəblərdə əyanı tədris bərpa olunacaq. Sputnik Azərbaycan ölkəmizdə təhsil müəssisələrinin təhlükəsizliyi məsələsini araşdırıb. 
BAKI, 23 sentyabr — Sputnik. Perm şəhərində sentyabrın 20-də Dövlət Milli Tədqiqatlar Universitetinə silahlı hücum yeni tədris ilində Azərbaycanda da ali təhsil müəssisələrinin, ümumilikdə təhsil ocaqlarının mühafizəsi problemini gündəmə gətirib. Sputnik Azərbaycan ölkəmizdə təhsil müəssisələrinin təhlükəsizliyi məsələsini araşdırıb. 
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özəl mühafizə şirkətlərinin biri ilə universitetin əməkdaşlıq müqaviləsi var. Onun sözlərinə görə, universitet ərazisində təhlükəsizliyin təmin olunmasını həmin şirkət həyata keçirir: "Operativ Qərargahın qərarına uyğun olaraq, yaşı 18-dən yuxarı olan tələbələrimiz, eyni zamanda müəllim və əməkdaşlar COVID-19 pasportunu təqdim etdikdən sonra universitet ərazisinə buraxılırlar. Kənar şəxslər səbəbsiz yerə universitet ərazisinə daxil ola bilməzlər. Yalnız kənar şəxs gəlişinin məqsədini izah etdikdən sonra mühafizə xidməti aidiyyəti strukturlara məlumat verir. Həmin şöbənin əməkdaşı qapıya yaxınlaşıb vətəndaşla görüşür".
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əməkdaş və tələbələrin təhlükəsizliyi universitet rəhbərliyi üçün çox vacibdir. Onun sözlərinə görə, universitetin bütün giriş qapılarında, o cümlədən hər korpusda mühafizə xidmətinin əməkdaşları keşik çəkirlər, eyni zamanda turniket sistemi quraşdırılıb:
"Yarana biləcək problemə qarşı mühafizə xidməti yüksək səviyyədə qurulub. Binanın bütün istiqamətləri təhlükəsizlik kameraları, o cümlədən mühafizə xidmətinin əməkdaşları ilə təmin edilib. Mühafizə əməkdaşları xüsusi uniforma, radioqurğu vasitələri ilə təmin olunublar.  İndiyə qədər təhlükəsizliklə bağlı hansısa problem yaşanmayıb".
Azərbaycan Dillər Universitetinin  mətbuat katibi Ağa Cəfərli deyib ki, universitet rəhbərliyi tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir. Mühafizə şirkətlərindən biri ilə müqavilə bağlanıb və bu şirkətin bir neçə əməkdaşı təhlükəsizlik üçün məsuliyyət daşıyır: "Eyni zamanda bir polis əməkdaşı da bu prosesə cəlb edilib. Bu şəxslər təsadüfi, kənar adamların universitetə girişinin qarşısını almaq da daxil olmaqla bir çox təhlükəsizlik tədbirlərini gündəlik olaraq həyata keçirirlər. Mühafizə sistemi, işi bizdə fasiləsiz həyata keçirilir".
Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) bildirdilər ki, 2009-cu ildə baş verən terror hadisəsindən sonra ali təhsil müəssisəsinin mühafizəsi xüsusi gücləndirilib. Hazırda da universitetdə mühafizə xidməti fəaliyyət göstərir. Eyni zamanda təhlükəsizlik kameraları ilə ali təhsil müəssisəsinin mühafizəsi təmin edilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə bütün təhsil müəssisələrinin mühafizə sistemi təmin edilib. C.Valehov orta ümumtəhsil müəssisələrinin də təhlükəsizliyinin mühafizəçilər tərəfindən qorunduğunu söyləyib.
Kriminalist Kamil Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazi üzrə post-patrul xidmətləri təhsil müəssisələrinin təhlükəsizliyinə nəzarət edirlər. K.Səlimov bundan əlavə, hər bir təhsil müəssisəsinin daxili mühafizə sisteminin olduğunu bildirir. Ekspert deyir ki, təhsil müəssisələrində mühafizəçilər mütləq şəkildə metal detektorlarla təmin edilməlidirlər. Onun sözlərinə görə, təhsil ocaqlarının mühafizəsi ilə məşğul olan şəxslər təlimata əsaslanmalıdırlar. Təhsil müəssisəsinə buraxılan yad şəxslər yoxlanılmalıdırlar.
K.Səlimov deyir ki, təhsil müəssisələrini mühafizə edən şəxslərə silah verilməsi yolverilməzdir.
Bununla belə, K.Səlimov təhsil müəssisələrini mühafizə edən şəxslərin peşəkarlıq səviyyəsinin yüksək olmasının vacibliyini bildirir:
"Təhsil müəssisəsi mühafizə şirkətləri ilə müqavilə bağlayır. Həmin mühafizə şirkətinin peşəkarlığını müəyyən etmək təhsil müəssisəsinin işi deyil. Buna görə də mühafizə şirkətlərinə fəaliyyət üçün lisenziya verildikdə mütləq şəkildə onların peşəkarlıq səviyyəsi yoxlanılmalı, ondan sonra lisenziya verilməlidir".
Xatırladaq ki, sentyabrın 20-də Timur Bekmansurov adlı tələbə Perm Dövlət Universitetinə silahlı basqın edib. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 28 nəfər yaralanıb. Atışma faktı ilə əlaqədar olaraq “iki və ya daha çox adamın öldürülməsi” ilə bağlı cinayət işi başlanıb. 
Eləcə də oxuyun:
NK məktəblə bağlı bir neçə qadağanı ləğv elədi: biri distant təhsil tələbidir
Universitetlər açılır, tələbələr hələ də ev axtarışında
Azərbaycan Rusiyaya başsağlığı verdi
Rektorun müşavirini bıçaqladılar - BDU faktı təsdiqlədi
Xəbər lenti
0