CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rektorun müşavirini bıçaqladılar - BDU faktı təsdiqlədi

© Sputnik / Murad OrujovБакинский государственный университет, фото из архива
Бакинский государственный университет, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Elçin Babayevin Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıblar.

BAKI, 27 iyul — Sputnik. Bakı Dövlət Universitetinin Mətbuat xidməti bıçaqlanma hadisəsi ilə bağlı açıqlama verib. Sputnik Azərbaycan-a verilən məlumata görə, 27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

---------

14:52

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıblar. Sputnik Azərbaycan-ın Unikal.org-a istinadən məlumatına görə, hadisə BDU-da baş verib. Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

BDU-nun mətbuat katibi Günel İsgəndərova Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib. G.İsgəndərova hadisə barədə hüquq-mühafizə orqanlarının araşdırma apardığını söyləyib. O, hadisənin hansı zəmində baş verdiyi barədə məlumatının olmadığını qeyd edib. G.İsgəndərova hadisəni törədən şəxsin BDU ilə əlaqəsi olub-olmadığı barədə də məlumatsız olduğunu bildirib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qeyd edib ki, polis tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN rəsmisinin sözlərinə görə, bıçaqlanan şəxslərin vəziyyəti kafidir.

Eləcə də oxuyun:

Xəbər lenti
0