CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerikli həkimin "yaxşılığı" cinayət işinin açılmağına səbəb oldu

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Vov kənd tibb məntəqəsinin müdirinin gördüyü iş "wow" effekti yaradıb - indi o, həmkəndlisi ilə bahəm CM-nin iki maddəsi üzrə cavab verməli olacaq.
BAKI, 22 sentyabr — Sputnik. Lerikdə saxta COVID pasportu verən şəxslərlə bağlı cinayət işi başlanıb.
Lənkəran rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, "Lerik rayon mərkəzi xəstəxanası" PHŞ-nin Vov kənd tibb məntəqəsində bəzi şəxslərə "COVID-19" əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Lerik rayonu, Siyov kənd sakini Mahir Əliyevin Vov kənd tibb məntəqəsinin müdiri işləyən həmkəndlisi Anar Məstəliyev ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Eləcə də oxuyun:
Koronavirusa qarşı peyvənd olunanlar xəstəliyi necə keçirirlər
Bakı məktəblərinin həyətlərinə valideynlər buraxılmır?
Saxta COVID-19 pasportu alan şəxsin cinayət məsuliyyəti: 139-cu maddə
Maştağada təkrar saxta vaksin olayı
Taksi və marşrut sürücülərindən COVID-19 pasportu tələb olunacaq
Xəbər lenti
0