CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta COVID-19 pasportu alan şəxsin cinayət məsuliyyəti: 139-cu maddə

© Sputnik / Murad OrujovСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
BAKI, 22 sentyabr — Sputnik. Saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan şəxs də cinayət məsuliyyəti daşıyır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər: "Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir".
Şöbə rəisinin sözlərinə görə, Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır:
"Bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır. Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var".
Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir: "Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər".
Eləcə də oxuyun:
Maştağada təkrar saxta vaksin olayı
Hər axşam uşaqların temperaturunu yoxlamaq lazımdır - Təyyar Eyvazov
Ölkə xaricində yaşayanlar da Azərbaycandan saxta vaksin sənədi alıb
Xəbər lenti
0