CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

NK məktəblə bağlı bir neçə qadağanı ləğv elədi: biri distant təhsil tələbidir

© Sputnik / Nigar IskanderovaBirinci sinif şagirdi Cahid İsgəndərzadə
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Həmçinin təhsil müəssisəsində növbəli iş rejimi tələbi, dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər də ləğv edilir.
BAKI, 22 sentyabr - Sputnik. Azərbaycanda distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyən edilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahatında qeyd olunub.
Bildirilir ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Qeyd olunan normativ hüquqi aktların tələblərini nəzərə almaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq ediməsi barədə” Qərarında dəyişiklik edilməsi zərurəti yaranmışdır.
Eyni zamanda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil ediləcəyini nəzərə alaraq, təhsil müəssisələrində olan yeməkxanaların (bufetlərin), idman zallarının, kitabxanaların, yataqxanaların müəyyən tələblər (istifadəçi sayının məhdudlaşdırılması, sosial məsafənin gözlənilməsi və s.) nəzərə alınmaqla fəaliyyət göstərməsi zəruridir.

Qərara əsasən:       

Distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyən edilir;
Təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilir;
Təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilir;
Dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilir;
Dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi ləğv edilir;
Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb müəyyən edilir (digər qərarlarda müəyyən olunub). Bu tələbin təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmədiyi qeyd edilir;
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir. (digər qərarlarda müəyyən olunub);
65 yaşdan yuxarı olan təhsilverənlərin və texniki heyətin işə cəlb edilməsinə qoyulan qadağa aradan qaldırılır;
Dərslərarası fasilələr üçün müəyyən edilmiş 10 dəqiqəlik müddət ləğv edilir;
Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir;
Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir;
Təhsil müəssisələrində yeməkxanaların (bufetlərin), idman və akt zallarının, kitabxana və hovuzun fəaliyyətinə qoyulan qadağa ləğv edilir. 
Eləcə də oxuyun:
Bu gündən məktəblərdə əyani dərslər başlayır
Güllələr də susarmış... Artıq Tərtər məktəblərinin pəncərələrini atəş səsləri silkələmir
Qazaxlı birincinin məktəb sevinci
Paytaxt məktəbində ilk zəng - REPORTAJ
Xəbər lenti
0