CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt məktəbində ilk zəng - REPORTAJ

© Sputnik / Nigar IskanderovaBirinci sinif şagirdi Cahid İsgəndərzadə
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Məktəbəqədər təhsilin sayəsində bu körpə əllər artıq qələm tutmağı bacarır. Valideynlər isə onların sinif rəhbərlərinin sayəsində gələcəyin peşəkar mütəxəssisi kimi yetişəcəklərinə inandıqlarını deyirlər.
BAKI, 22 sentyabr — Sputnik. İlk dərs günü ən həyəcanlı, əvəzolunmaz günlərdən biri kimi xatirəmizdə silinməz izlər buraxır. Cərgəyə düzüldüyümüz günlər, "2" aldığımız günlərimiz vardı... Kimisi partaları yazırdı, kimisi əlindəki kağızı yumrulayaraq bir başqasına atırdı. Müəllimlərin səbri tarıma çəkilsə də, bu anlar hər bir məktəbli üçün əvəzolunmaz idi. Səs-küy salıb dərsi pozan kim, tənəffüs vaxtı qaçdı-tutdu oynayan kim...
Bu gün 2021-2022-ci tədris ilinin ilk dərs günüdür. Xatirələrə yenidən qayıtmaq, özümüzü o illərdəki kimi qayğısız, bir qədər də olsa, uşaq kimi hiss etmək üçün Sputnik Azərbaycan paytaxtın təhsil nəticələrinə görə seçilən məktəblərindən birinə - 220 nömrəli məktəb-liseyə üz tutub.
© Sputnik / Nigar IskanderovaBirinci sinif şagirdi Cahid İsgəndərzadə
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Birinci sinif şagirdi Cahid İsgəndərzadə
Pandemiya qaydalarına riayət edilməklə məktəb həyətində körpələrin izdihamı yaşanırdı. Məktəbəqədər təhsilləri olsa da, bu körpələr üçün birinci olmağın sevinci bir başqa idi. Məktəbin həyəti uzun müddətdən sonra ilk dəfə olaraq bu gözəl simalar, bu gözəl gülüşlərə şahidlik edirdi. Onlar arasında həyəcandan ağlayanlar, anasının əlini buraxmaq istəməyənlər də az deyildi.
Məktəbli adını qazanan birincilərin valideynləri övladlarından daha həyəcanlı idi desək, yalan olmaz. Onların bu sevincini qəhər, göz yaşlarında da görmək mümkün idi.
© Sputnik / Nigar Iskanderova
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan
1/3
© Sputnik / Nigar Iskanderova
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan
2/3
© Sputnik / Nigar Iskanderova
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Məktəbdə ilk dərs gününü rəsmi açılışını edən direktor Lətifə Əzimova bildirib ki, 30 ildən sonra ilk dəfə olaraq bu ilki birincilər məktəbə zəfər qazanan bir ölkənin vətəndaşı kimi qədəmlərini atırlar. Tədbirin rəsmi hissəsində şəhidlərin əziz xatirəsi yad edildi, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmaları arzulandıqdan sonra ilk zəng çalındı. Birincilər müəllimləri ilə daha yaxından tanış olmaq üçün sinif otaqlarına yollandılar. Təmiz dəhlizlər və fərqli dekorda bəzədilən sinif otaqları birincilərə bir başqa sevinc bəxş edirdi.
İlk gündən məktəbi, siniflərini çox sevdiklərini deyən birincilər onlar üçün xüsusi dekorda bəzədilən dərs vəsaitləri ilə tanış olaraq bizimlə də sevinclərini bölüşdülər. 1C sinif şagirdi Cahid İsgəndərzadə məktəbi çox sevdiyini, burada yeni dostlar qazanacağını deyir:
"İstəyirəm ki, məktəb heç vaxt bağnamasın, məktəb çox gözəldir".
© Sputnik / Nigar Iskanderova220 nömrəli məktəb-liseydə 1C sinfinin şagirdləri və sinif rəhbəri Abidə Xambatova
Birinci sinif şagirdi Cahid İsgəndərzadə - Sputnik Azərbaycan, 1920, 01.10.2021
220 nömrəli məktəb-liseydə 1C sinfinin şagirdləri və sinif rəhbəri Abidə Xambatova
1C sinif rəhbəri Abidə Xambatova birincilərlə bağlı böyük arzularının olduğunu, tədris müddətdində onlara lazım olan bütün bilikləri verəcəyini, təməl daşlarının daha möhkəm olacağına inandığını bildirərək bütün birincilərə uğur arzulayıb.
Məktəbəqədər təhsilin sayəsində bu körpə əllər artıq qələm tutmağı bacarır. Valideynlər isə onların sinif rəhbərlərinin sayəsində gələcəyin peşəkar mütəxəssisi kimi yetişəcəklərinə inandıqlarını deyirlər.
Bir müddətdir ki, susan, lakin bu gündən körpə gülüşü ilə qaynayan dəhlizlər isə 11 il ərzində ən xoş xatirələrə, silinməz anlara şahidlik edəcək.
Həmçinin oxuyun:
Güllələr də susarmış... Artıq Tərtər məktəblərinin pəncərələrini atəş səsləri silkələmir
Xəbər lenti
0