CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Murovdağ tuneli ilə bağlı yanlış məlumata aydınlıq gətirildi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKəlbəcər dəhlizi
Kəlbəcər dəhlizi - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Hazırda təyin olunan vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur.
BAKI, 21 sentyabr — Sputnik. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşması ilə bağlı dəqiqləşdirilməmiş bir xəbər paylaşılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir. Qurumdan bildirilib ki, Murovdağ tunelinin inşasına avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərindən dərhal sonra başlanılıb və qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür: "Hazırda təyin olunan vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Tunelin yalnız 70 metrlik hissəsində qazma işləri tamamlanıb, digər işlər isə davam etdirilir".
Agentlikdən bildirilib ki, videosu yayılan tunel isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunan 6 tuneldən biridir. Tunelin tikintisinə Prezident İlham Əliyevin iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoymasından sonra başlanılıb.
Sözügedən tunelin uzunluğu 431 metr təşkil edir. Tuneldə bir istiqamət üzrə qazma işləri tamamlanıb, əks istiqamət üzrə hazırda qazma işləri davam etdirilir.
Eləcə də oxuyun:
Tikinti bazarında istehsalın sürətli artımı nədən xəbər verir? – ekspert rəyi
Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi
Xəbər lenti
0