CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəriman Abbasov: Həbib Nurməhəmmədov mənə kömək edəcəyinə söz verib

© Photo : © Instagram / neriman_abbasovВедущий боец Азербайджана по смешанным единоборствам Нариман Аббасов
Ведущий боец Азербайджана по смешанным единоборствам Нариман Аббасов - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Azərbaycanlı döyüşçünün məşqçisi Şəhriyar Abbasov bildirib ki, əgər onun yetirməsi döyüşdə Şamil Zavurova məğlub olsaydı, karyerasına son qoyacaqdı.
BAKI, 21 sentyabr — Sputnik. Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov azərbaycanlı döyüşçü Nəriman Abbasova UFC ilə müqavilə bağlamasına kömək edəcəyinə söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Abbasov özü Bakıya qayıtdıqdan sonra bildirib.
Bu yaxınlarda Moskvada AMC Fight Nights və Eagles FC-nin birgə təşkil etdiyi və Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş Qarışıq Döyüş Sənəti (MMA) üzrə beynəlxalq turnir keçirilib. Gecənin əsas görüşü azərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Zavurov arasında baş tutan döyüş idi ki, burada Abbasov ilk raundda texniki nokautla qalib gələrək çempionluq kəmərini qoruyub.
Bakıya qayıtdıqdan sonra azərbaycanlı döyüşçü mübarizənin ilk raundda başa çatacağını gözləmədiyini etiraf edib.
"İlk raundda qalib gələcəyimi gözləmirdim, demək ki, qismət belə imiş. Şamil Zavurov bu idman növünün əfsanəsidir və mən ona böyük hörmətlə yanaşıram. Fyodor Yemelyanenko kimi, o da məşhur döyüşçüdür və Həbib Nurməhəmmədov onu böyük qardaş adlandırır", - deyə Abbasov bildirib.
Bundan əlavə, idmançı döyüşdən sonra Həbibə niyə müraciət etdiyini izah edərək çamadanın hazır olduğunu və onu gözlədiyini söyləyib.
"Çamadanım çoxdan hazırdır (gülümsəyir). Həbib mənə söz verib ki, əgər Zavurov üzərində qələbə qazansam, mənim UFC-yə düşməyimə kömək edəcək. Ona görə də gözləyəcəyik, bir neçə gün istirahət edəcəyəm, məncə, sonra bu barədə məlumat gələcək. Hələ ki, növbəti döyüşümü kimlə və nə vaxt keçirəcəyimi bilmirəm", - deyə döyüşçü qeyd edib.
Öz növbəsində, Nəriman Abbasovun məşqçisi, Azərbaycan Peşəkar MMA Federasiyasının prezidenti Şəhriyar Abbasov yetirməsinin məğlub olacağı təqdirdə karyerasına son qoyacağını söyləyib.
"AMC Fight Nights rəhbəri Kamil Hacıyev Şamilin tərəfində idi və iddia edirdi ki, məhz Zavurov bu döyüşdə qalib gələcək. Mən ona dedim ki, əgər Nəriman Şamilə məğlub olarsa, biz əşyalarımızı toplayıb zalı bağlayacaq və karyeramıza son qoyacağıq. Bu səbəbdən bu mübarizə bizim üçün çox vacib idi", - deyə məşqçi qeyd edib.
Əlavə edək ki, Nəriman Abbasov üçün Zavurov üzərində qələbəsi peşəkar MMA-də 27-ci, ardıcıl olaraq 12-ci qələbəsi idi. Öz növbəsində, Abbasovla döyüşdən əvvəl 40 döyüş qazanan və 6 məğlubiyyəti olan Zavurov üçün ötən görüş karyerasının sonuncusu oldu.
Eləcə də oxuyun:
Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı
MMA-nı Olimpiya Oyunlarına salmaq daha maraqlı olardı - Həbib Nurməhəmmədov
Xəbər lenti
0