CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc Tamaşaçılar Teatrında "Zəfər yolu" adlı yeni tamaşa hazırlanır

© Sputnik / Murad OrujovGənc Tamaşaçılar teatrı
Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir.
BAKI, 20 sentyabr — Sputnik. Gənc Tamaşaçılar Teatrının yaradıcılıq heyəti "Zəfər yolu" adlı yeni tamaşa hazırlayır. Teatrdan Sputnik Azərbaycan-a verilən məlumata görə, əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva, aktyor Anar Seyfullayev və başqalarının iştirak edəcəyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, rejissor assistenti Rahib Axundov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskovdur.
Tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir. Ön cəbhədə gedən gərgin döyüşlər qələbəyə hər gün bir addım daha yaxınlaşdıqca arxa cəbhədə qürurla izlənir, ölkənin taleyüklü dönəmində nümayiş etdirilən həmrəyliyimiz elə tamaşanın da ana xəttinə çevrilir.
Qeyd edək ki, tamaşa Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkil etdiyi "4.4 Qısa Tamaşalar Festivalı"nda nümayiş olunacaq.
Həmçinin oxuyun:
Gənc anaların istirahət yeri, yaxud körpələrin teatr adlı möcüzə ilə ilk tanışlığı
Xəbər lenti
0