Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qarındakı piyləri necə əritməli?

© Depositphotos.com / Tkasperova@mail.ruЖенщина с лишним весом
Женщина с лишним весом - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Abunə olmaq
Həkimin sözlərinə görə, olur ki, bağırsaqlar şişir, adam isə elə bilir ki, piylənib. Yaxşı olar ki, qarın boşluğunun USM-i aparılsın.
BAKI, 19 sentyabr - Sputnik. Tibb elmləri doktoru, dietoloq Aleksey Kovalkov artıq çəki və qarın nahiyəsində toplanan piylərdən qurtulmağın yollarını açıqlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün YouTube kanalında söhbət açıb.
"Əvvəlcə baxmaq lazımdır ki, bu necə piydir, hansı konsistensiyadadır. Əgər siz piy qatını əlinizlə tuta bilirsinizsə, bu ayrı məsələdir. Əgər tuta bilmirsinizsə, müayinə gərəkdir. Qarın heç də həmişə piy demək deyil. Bununla tez-tez rastlaşıram. Olur ki, bağırsaqlar şişir, adam isə elə bilir ki, piylənib. Yaxşı olar ki, qarın boşluğunun USM-i aparılsın", - həkim deyib.
Kovalkov piylərin əridilməsi üçün aerob təmrinlər zamanı və onlardan sonra vibrotrenajordan istifadəni məsləhət görüb.
Həmçinin deyib ki, hər gün ən azı 40 dəqiqə açıq havada gəzmək də faydalıdır. İş vaxtı fasilələrə də ehtiyac var - hər saatdan bir kompüter arxasından duraraq təmrinlər etmək gərəkdir.
Pasiyentlər gərək yeməklərinə də diqqət eləsinlər, un məhsulları və mayonezdən çəkinsinlər, həkim əlavə edib.
Eləcə də oxuyun:
Əhəmiyyət vermədiyimiz simptom ürəkdə problemin siqnalı ola bilər
Diyetoloqlar albalının sağlamlıq üçün bəlli olmayan beş faydasını açıqladılar
Arıqlamaqla bağlı bu mifləri unudun
Artıq çəkinin gözlənilməz faydaları
Həkim pəhriz saxlamadan arıqlamağın ən yaxşı yolunu açıqladı
Xəbər lenti
0