Dünyanın ən varlı ailələri: "Bloomberg"in versiyası

© REUTERS / Rick WilkingДоллар США, фото из архива
Доллар США, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Abunə olmaq
Siyahının liderlərinin ümumi varidatı 1.74 trilyon dollar qiymətləndirilir, bu isə bir il əvvəlki göstərici ilə müqayisədə 22 faiz çoxdur.
BAKI, 18 sentyabr - Sputnik. Bloomberg agentliyinin versiyasına görə, dünyanın ən varlı ailələrinin siyahısına Walmart topdan və pərakəndə satış şəbəkəsinin sahibi olan Uolton ailəsi başçılıq edir.
Onların varidatı təxminən 238,2 milyard dollardır.
Sem Uolton Walmart-ı 1962-ci ildə yaradıb. Hazırda şəbəkənin dünya üzrə 10 mindən çox mağazası var, illik gəliri 559 milyard dollardan çoxdur. Uolton ailəsi şirkətin səhmlərinin 48 faizinə sahibdir.
Bloomberg reytinqinin onluğuna həmçinin aşağıdakılar daxildir: 
- Mars məhsullarının istehlakçısının sahibi olan Mars ailəsi - 142 milyard dollar;
- Koch Industrues neft-kimya korporasiyasının sahibi olan Kox ailəsi - 124.4 milyard dollar;
- Fransanın Hermes moda evinin sahibi Erme ailəsi - 111,6 milyard dollar;
- Səudiyyə Ərəbistanının hakimi olan Əl-Səud ailəsi - 100 milyard;  
- Hindistanın Reliance Industries neft holdinqinin sahibi Ambani ailəsi - 93,7 milyard dollar;
- Fransanın Chanel moda evinin sahibi Verthaymer ailəsi - 61.8 milyard dollar;
- Amerikanın Fidelity Investments idarəetmə şirkətinin sahibi olan Conson ailəsi - 61.2 milyard dollar;
- Thomson Reuters media şirkətinin sahibi olan Tomson ailəsi - 61.1 milyard dollar;
- Almaniyanın Boehringer Ingelheim əczaçı şirkətinin sahibi olan Böringer ailəsi - 59.2 milyard dollar.
Dünyanın 25 ən varlı ailəsinin siyahısına həmçinin Aldi diskaunter mağazalar şəbəkəsinin (Almaniya) sahibi Aldi, Fransanın Dassault Systemes aviatikinti şirkətinin sahibi Dasso, BMW konserninin sahibi Kvandt, Ferrero qənnadı məhsulları şirkətinin rəhbəri Ferrero ailəsi də daxildir.
Siyahının liderlərinin ümumi varidatı 1.74 trilyon dollar qiymətləndirilir, bu isə bir il əvvəlki göstərici ilə müqayisədə 22 faiz çoxdur.
Eləcə də oxuyun:
Vahid Ələkbərov: Neftin qiyməti yüz dolları keçərsə, bu, yaxşı nəticələnməyəcək
ABŞ milyarderlərinin sərvəti pandemiya dövründə 1.8 trilyon dollar artıb
Dünya şöhrətli müğənni rəsmən milyarder oldu
Rəqəmsal dünyanın "möcüzələri": Bipl və Mask ənənəvi sənətə qarşı
Amerikalı milyarder düzgün investisiya etməyin sirlərini bölüşdü
Xəbər lenti
0