https://sputnik.az/20210917/Nazir-mk-mqavilsi-il-ilynlrin-arasnda-lillrin-say-artmaldr-427948201.html
Nazir: Əmək müqaviləsi ilə işləyənlərin arasında əlillərin sayı artmalıdır
Nazir: Əmək müqaviləsi ilə işləyənlərin arasında əlillərin sayı artmalıdır
Sputnik Azərbaycan
Belə şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və bu kimi digər dəstək alətləri... 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T13:02+0400
2021-09-17T13:02+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
əlil
əmək müqaviləsi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41936/63/419366363_0:0:2000:1125_1920x0_80_0_0_5ed8bd777209382ad4146aa14294cc1e.jpg
BAKI, 17 sentyabr — Sputnik. Bu gün əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu ümumi əmək müqavilələrinin 4, 1 faizi qədərdir:Nazir deyir ki, ilk olaraq əmək münasibətlərində əmək müqaviləsi ilə işləyənlərin arasında əlilliyi olan belə şəxslərin sayı artmalıdır və sahibkarlar da bu işə dəstək olmalıdır:Nazir bildirir ki, bunlar artdıqca müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərin sayı da artacaq:"Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Dövlət Əmək Müfəttişliyi, dövlət məşğulluq orqanları, KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar da müxtəlif platformalarda əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayının artırılmasını daim təşviq etməlidirlər".Həmçinin oxuyun:Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41936/63/419366363_139:0:1912:1330_1920x0_80_0_0_d17f7071dc1087b8f9baf1ecaf49ca42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, əlil, əmək müqaviləsi, azərbaycan
xəbərlər, əlil, əmək müqaviləsi, azərbaycan
Nazir: Əmək müqaviləsi ilə işləyənlərin arasında əlillərin sayı artmalıdır
13:02 17.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Belə şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və bu kimi digər dəstək alətləri çoxaldılmalıdır.
BAKI, 17 sentyabr — Sputnik. Bu gün əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu ümumi əmək müqavilələrinin 4, 1 faizi qədərdir:
"Amma qanunvericilikdə biz minimal norma olaraq 5%-i müəyyən etmişik. Bu isə o deməkdir ki, biz hətta minimal normanın altındayıq. Düzdür, son üç ildə kəskin artımımız olub, başlanğıcda bu faiz 2 idi. Lakin qeyd edim ki, biz hələlik hədəfimizə çatmamışıq".
Nazir deyir ki, ilk olaraq əmək münasibətlərində əmək müqaviləsi ilə işləyənlərin arasında əlilliyi olan belə şəxslərin sayı artmalıdır və sahibkarlar da bu işə dəstək olmalıdır:
"Bununla yanaşı, bu şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və bu kimi digər dəstək alətləri çoxaldılmalıdır".
Nazir bildirir ki, bunlar artdıqca müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərin sayı da artacaq:
"Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Dövlət Əmək Müfəttişliyi, dövlət məşğulluq orqanları, KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar da müxtəlif platformalarda əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayının artırılmasını daim təşviq etməlidirlər".