https://sputnik.az/20210916/Saxta-lilliklrl-bal-ok-rqm----ild-on-yeddi-min-427935023.html
Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min
Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min
Sputnik Azərbaycan
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T14:03+0400
2021-09-16T14:03+0400
2021-09-16T13:32+0400
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42376/87/423768726_0:200:1921:1280_1920x0_80_0_0_720b0d9dbaed7a6153fa602199ad415b.jpg
BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/87/423768726_0:0:1707:1280_1920x0_80_0_0_00380d9312cc6b8b67cb9015160ce969.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.
BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".
A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".
A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".
Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.