https://sputnik.az/20210917/Mtxssis---gec-yatmazdan-vvl-mobil-telefonu-hara-qoymaq-lazmdr-427938577.html
Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır
Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır
Sputnik Azərbaycan
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T10:21+0400
2021-09-17T10:21+0400
2021-09-17T09:54+0400
xəbərlər
hi-tech
cəmiyyət
mobil telefon
sağlamlıq
şüa
enerji
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499402_0:0:3069:1727_1920x0_80_0_0_a10e17a8e6325e39f8c57ddf7274ae3c.jpg
BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır."Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.Eləcə də oxuyun:Köhnə Android smartfonları Google-dan ayıracaqlarİstifadəçilər "iPhone"un yeni funksiyasından qorxuya düşdülərAlimlər: "Instagram" qadınları kosmetik əməliyyatlara vadar edir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499402_91:0:2822:2048_1920x0_80_0_0_087e19e68b490607b32c6ad9d28a815b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, hi-tech, mobil telefon, sağlamlıq, şüa, enerji
xəbərlər, hi-tech, mobil telefon, sağlamlıq, şüa, enerji
Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir
BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.
Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.
Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.
"Ümumi qayda olaraq bu cihazı nə yastığın altına, nə də yataqda yanına qoyub yatmaq olmaz. Onu başdan bir metr, heç olmasa, ən azı yarım metr aralı saxlamamaq daha yaxşıdır", - deyə Yastrebtsev bildirib.
O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.
"Əgər mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, kənddə, bağ evində telefon baza stansiyası ilə əlaqə yaratmaq üçün çox enerji sərf edəcək və bu halda şüalanma artacaq. Bunu nəzərə almaq lazımdır. Belə hallarda onu baş nahiyəsindən uzaqlaşdırmaq daha məsləhətdir. Yəni yatmamışdan əvvəl rabitə səviyyəsinə nəzər yetirmək lazımdır", - deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.
Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır.
"Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.
Köhnə
Android smartfonları Google-dan ayıracaqlar
İstifadəçilər
"iPhone"un yeni funksiyasından qorxuya düşdülər