CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər: "Instagram" qadınları kosmetik əməliyyatlara vadar edir

© AFP 2023 / OLIVIER DOULIERYЛоготипы приложений для социальных сетей на смартфоне, фото из архива
Логотипы приложений для социальных сетей на смартфоне, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
İngilis alimlər tərəfindən aparılan yeni bir araşdırma göstərib ki, gənc qadınlar əgər saatlarla "Instagram"da vaxt keçirsələr, daha çox kosmetik əməliyyat etdirmək istəyəcəklər.
BAKI, 19 avqust — Sputnik. İngilis alimləri tərəfindən aparılan yeni bir araşdırma onu göstərib ki, gənc qadınlar əgər saatlarla "Instagram"da vaxt keçirsələr, daha çox kosmetik əməliyyat etdirmək istəyəcəklər. Bu barədə məqalə "Body İmage" jurnalında dərc edilib.
"Surrey" Universitetinin sosial psixoloqu Françeska Quitso və onun həmkarları 19-32 yaş arasındakı 247 italiyalı qadın ilə "Instagram"dan istifadə barədə və onların bədənlərindən narazılığı mövzusunda sorğu keçiriblər. Daha sonra hər bir iştirakçıya "Instagram"dan seçilmiş açıq-saçıq geyimlərin və istifadəçilərin müvafiq şərhlərinin olduğu dörd videodan biri göstərilib.
Nəhayət, qadınlar bədənlərindən narazılıq səviyyəsini qiymətləndirdikləri və gələcəkdə estetik əməliyyatlar üçün planlarını paylaşdıqları anketləri doldurublar.
"Bu, psixi sağlamlıq sahəsində tədqiqatların müxtəlif aspektlərini və mümkün risk amillərini bir araya gətirən mühüm bir araşdırmadır", - deyə Françeska Quitso əminliklə bildirib.
Məlum olub ki, "Instagram"da açıq-saçıq şəkillərə baxmaq, bir qayda olaraq, qadınların öz bədənlərindən narazı olmasına gətirib çıxardır. Yalnız cazibədar olmayan görüntüləri izləyən insanlar arasında belə zərərli təsirlər müşahidə edilməyib. Maraqlıdır ki, qadınlar şərhlərə reaksiya verməyiblər.
Eləcə də oxuyun:
Elza Seyidcahan açıqlaması ilə yenə gündəmi dəyişdi - VİDEO
Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləri
Həmişə xaricdə axtarırıq, Turizm Agentliyi deyir, bizdə də var
Azərbaycanda süd vəzisini kiçildən qadının döşü çürüyür - FOTO
Xəbər lenti
0