https://sputnik.az/20210916/Qarabagda-ermeni-vandalliginin-daha-bir-goruntusu-yayilib-427938964.html
Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb
Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb
Sputnik Azərbaycan
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T23:32+0400
2021-09-16T23:32+0400
2021-11-17T00:04+0400
xəbərlər
qarabağ
cəmiyyət
mədəniyyət
erməni vandalizmi
nizami gəncəvi
reza deqati
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437241468_0:0:3076:1731_1920x0_80_0_0_aca88fdbb2d9089574028da5b69f1cfe.jpg
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün "Twitter" hesabından dərc edib. Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.Məlumat üçün bildirək ki, Deqati illərdir ki, Qarabağ gerçəkliklərini dünyaya çatdırır. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.Eləcə də oxuyun:"İşgəncə aparatı" ilə hörmət qazanan adam: "Gözəllik və ədalətsizlik ürəyimi titrədirdi"Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü iləReza Deqatidən gənc fotoqraflara ən dəyərli məsləhət: Ürəyinizlə çəkinQarabağda renessans: Pyerfitdə fotojurnalist Reza Deqatinin sərgisi açılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437241468_185:0:2914:2047_1920x0_80_0_0_4f71796ee54c1181bdb4d1a75129e701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, erməni vandalizmi, nizami gəncəvi, reza deqati, azərbaycan
xəbərlər, erməni vandalizmi, nizami gəncəvi, reza deqati, azərbaycan
Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb
23:32 16.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan əsilli tanınmış fotoqraf
Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, o, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün "Twitter" hesabından dərc edib.
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, Deqati illərdir ki, Qarabağ gerçəkliklərini dünyaya çatdırır. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.
"İşgəncə aparatı" ilə hörmət qazanan adam: "Gözəllik və ədalətsizlik ürəyimi titrədirdi"