20:10 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
MƏDƏNİYYƏT
Qısa URL
4510

Reza Deqatinin sərgisinin açılışında bu və qonşu şəhərlərdən olan fransız rəsmiləri, Pyerfit meri və meriyanın əməkdaşları, yerli sakinlər iştirak ediblər.

BAKI, 11 iyul — Sputnik. "Renessans" koronavirus bəlasından sonra bəşəriyyətin yenidən dirçəldiyini göstərir. Gəzdiyim ölkələrdə yeni gənc nəslin nümayəndələrini görürəm. 30 il əvvəl doğma yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin övladları ilə rastlaşmışam. Onlar bəşəriyyətin yeni nəslini formalaşdırırlar, onların ən yaxşı dünya yaratmaq istəklərini görürəm. Mənim fikrimcə bu, renessansdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri tanınmış fotojurnalist Reza Deqati Pyerfit şəhərində "Renessans" (Renaissance) adlı sərgisinin açılışında söyləyib.

Fotoqraf bildirib ki, ötən ilin oktyabrından bu günə qədər Azərbaycanın Qarabağ regionunda olub. 30 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri 2020-ci ilin noyabrında azad olunub. 30 il əvvəl və sonra bu regionda təbiətin yenidən necə dirçəldiyinin şahidi olduğunu və bunu renessans hesab etdiyini diqqətə çatdırıb. "Daha çox çətinliklərlə üzləşəndə, yeni daha gözəl dünya qurmaq iradəsinin şahidi oldum", - deyə R.Deqati bildirib. Sərginin yerli sakinlərlə birlikdə yeni layihələr həyata keçirilməsinə, eləcə də dünyanın digər ölkələrinin tanınmasına töhfə verəcəyinə inamını ifadə edib.

Reza Deqatinin sərgisinin açılışında bu şəhərdə və qonşu şəhərlərdən olan fransız rəsmiləri, Pyerfit meri və meriyanın əməkdaşları, yerli sakinlər iştirak ediblər.

Pyerfitdə aşılmış Reza Deqatinin "Renessans" sərgisi gələn ilin yanvar ayınadək davam edəcək.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur, dünyanı gəzib-dolaşır. O, Qarabağda dəfələrlə olub. Qarabağ gerçəkliklərini dünyaya çatdırıb. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. Bundan başqa, otuzdan çox kitabın müəllifi olan Deqati 20 Yanvar gecəsi ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib.

O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Əsas mövzular