CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boşanmaq istəyən qadını qardaşı qətlə yetirdi

© Sputnik / Murad OrujovАвтомобиль патрульно-постовой службы в Баку
Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb.
BAKI, 16 sentyabr — Sputnik. Kürdəmirdə qardaş bacısını qətlə yetirib. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, qardaş əvvəllər də dəfələrlə bacısı ilə mübahisə edib. Qətl hadisəsi Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini, 37 yaşlı Xəyal Şıxalıyev bacısının qaldığı evə, nənəsigilə gəlib. Nənəsini aldadaraq otağa keçən Xəyal 35 yaşlı Dilarə Nəsirova ilə əvvəlcə mübahisə edib, sonra xəsarət yetirib.
Qonşuların sözlərinə görə, Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb, ancaq nənəsi tək yaşadığı üçün bir neçə gün imiş ki, onun yanında qalırmış.
Xəsarət yetirilən qadını qonşuları dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar, ancaq o, yolda dünyasını dəyişib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Qətli törədən Xəyal Şıxalıyev saxlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Eləcə də oxuyun:
Qadınlara qarşı daha bir zorakılıq - ər arvadını bıçaqladı
Göyçayda yeniyetmə uzun müddət Rusiyada həbsdə olmuş şəxsi qətlə yetirib
Hüquq müdafiəçisi: Həyat yoldaşını döyəni barışdırmaq yox, qolunu qandallanmaq lazımdır
Gədəbəydə dəhşətli olay: Yaşlı bibisinə tövlədə işgəncə verib pensiyasını "yeyirmiş"
Xəbər lenti
0