Gədəbəydə dəhşətli olay: Yaşlı bibisinə tövlədə işgəncə verib pensiyasını "yeyirmiş"

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.09.2021
Abunə olmaq
Qəzənfər Hacıyev təxminən 20 ildir himayəsində yaşayan ruhi xəstə Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verib, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
BAKI, 3 sentyabr — Sputnik. Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə saxlanılması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Gədəbəy Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
İstintaqla müəyyən edilib ki, 31.05.2021-ci il tarixdə Gədəbəy rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verib, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartından 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək ümumilikdə 7 min 56 manat pulu mənimsəyərək öz ehtiyaclarına xərcləməklə israf edib.
Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, işgəncəyə məruz qalan qadının "Facebook" sosial şəbəkəsində videosunun yayılmasından sonra o Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, ötən il 40 qadın qətlə yetirilib. 2021-ci ildə isə daha çox məişət zəminində fiziki zorakılıq halları olub:
"2020-ci ilin birinci rübündə ailə-məişət zəminində 973 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ilin analoji dövründə 292 belə fakta görə cinayət işi açılıb. 2020-ci ildə qadınlara qarşı 5 min 176 zorakılıq faktı qeydə alınıb ki, onlardan da 2007-si üzrə cinayət işi açılmışdı".
Xəbər lenti
0