https://sputnik.az/20210915/saxta-covid-pasportuna-gore-cinaye-ishi-acildi-427925955.html
Saxta COVID-19 pasportuna görə cinayət işi açıldı
Saxta COVID-19 pasportuna görə cinayət işi açıldı
Sputnik Azərbaycan
Cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq... 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T12:36+0400
2021-09-15T12:36+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
səhiyyə
covid-19
covid-19 pasportu
koronavirus
zərdab
saxta
cinayət işi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427087407_0:0:3072:1728_1920x0_80_0_0_576fbbba7e3ba5929434570d7c7c5980.jpg
BAKI, 15 sentyabr — Sputnik. Zərdab rayon Mərkəzi Xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Zərdab Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.Araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda I doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edilib. Bu fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.Hazırda qeyd olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Belə ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən şəhər poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilməsi həyata keçirilmişdi.Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.Eləcə də oxuyun:"CheckApp" mobil tətbiqi ilə bağlı lazımi tövsiyələr açıqlanıbƏhalinin COVID pasportuna münasibətiMəktəblərdə valideynlərdən COVID-19 pasportu tələb edilir? Nazirdən açıqlamaHotellər COVID pasportu tələbinə məhəl qoymurlarTƏBİB rəsmisi peyvənd yaşının 16-dan da aşağı endiriləcəyini açıqladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427087407_334:0:3065:2048_1920x0_80_0_0_67ed4a12bfb1be3cc71756451ee6dfd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, covid-19, covid-19 pasportu, koronavirus, zərdab, saxta, cinayət işi, azərbaycan
xəbərlər, covid-19, covid-19 pasportu, koronavirus, zərdab, saxta, cinayət işi, azərbaycan
Saxta COVID-19 pasportuna görə cinayət işi açıldı
12:36 15.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir
BAKI, 15 sentyabr — Sputnik. Zərdab rayon Mərkəzi Xəstəxanasında koronavirus xəstəliyi əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Zərdab Rayon Prokurorluğundan
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Araşdırma ilə qeyd olunan xəstəxananın Bıçaqçı kənd həkim məntəqəsinin müdiri vəzifəsini icra edən Firuzə Həsənova tərəfindən vətəndaşa vaksin vurulmadığı halda I doza vaksin olunması ilə bağlı rəsmi sənədinə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edilib. Bu fakta görə Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Belə ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən şəhər poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilməsi həyata keçirilmişdi.
Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.
TƏBİB rəsmisi
peyvənd yaşının 16-dan da aşağı endiriləcəyini açıqladı