14:24 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
420 0 0

Təhsil nazirinin sözlərinə görə, şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirlər, lakin düşünürlər ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır.

BAKI, 7 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev ümumtəhsil müəssisələrində övladı təhsil alan valideynlərdən COVID-19 pasportu tələbi məsələsinə aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdəki çıxışında qeyd edib ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir: "Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik".

Nazirin sözlərinə görə, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir:

"Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır".

Nazir həmçinin qeyd edib ki, 16-18 yaşlı uşaqlara vaksinasiya hələlik məcburi deyil: "Bu yaş qrupunda şagirdlər üçün vaksinasiya haqqında yeni qərar verildiyinə görə onlardan hələlik vaksin pasportu tələb olunmayacaq".

Həmçinin oxuyun:

* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı

* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq

Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı

Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi

Əsas mövzular