https://sputnik.az/20210915/Azrbaycann-qaz-ixracndan-glirlri-kskin-artb-Qiymt-artm-bizim-n-lverilidir-427931421.html
Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir
Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir
Sputnik Azərbaycan
Dünya enerji balansında qazın payı artmaqda davam edəcək, bu da qaza olan tələbatın və qaz qiymətinin də artacağı deməkdir. 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T19:32+0400
2021-09-15T19:32+0400
2021-09-15T23:16+0400
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753617_0:320:3072:2048_1920x0_80_0_0_472241779f176247a2f78c288f6241c4.jpg
BAKI, 15 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2 350 391,76 min ABŞ dolları dəyərində 13 241 763,48 min kubmetr təbii qaz ixrac edib.Sputnik Azərbaycan xəbər verir ki, APA-Economics-in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38%, həcmi isə 47,2% çoxdur.Xatırladaq ki, ötən ilim yanvar-avqust aylarında Azərbaycan 1 702 883,25 min dollar dəyərində 8 994 930,81 kubmetr qaz ixrac edib.Qazın qiymətinin artması Azərbaycan üçün əlverişlidirNeft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ölkəmizin spot bazarında təbii qaz satmadığını nəzərə alsaq, Avropada qiymət sıçrayışı Azərbaycan qazının qiymətlərini o qədər də artırmayacaq."Azərbaycan təbii qazının qiymətləri hər ay istehlak bazarına hansı mənbələrdən və hansı həcmdə qazın daxil olmasına əsasən dəyişir. Buna görə də bir il əvvəl biz qazın qiymətinin min kubmetr üçün orta hesabla 150 dollar olacağını planlaşdırırdıqsa, indi Avropa bazarlarında qiymətlər bir neçə dəfə yüksəkdir", - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.Ekspertin fikrincə, qazın belə qiymətə minməsi Şahdəniz layihəsinin səhmdarlarına sərfəlidir."1998-ci ildə Azərbaycan təbii qazın ilk partiyasını satanda qiymətlər minimal idi - 10-11 dollar. Hazırkı qiymətlər qaz istehsal edən şirkətləri tam qane edir. Qazın qiymətinin artması sayəsində qaz sektoruna qoyulan investisiyaların mayası vaxtından əvvəl çıxacaq", - deyə Şaban qeyd edib."Dünya enerji balansında qazın payı artmaqda davam edəcək, bu da qaza olan tələbatın və qaz qiymətinin də artacağı deməkdir. Bu mənada Azərbaycanın qazdan gəlirləri artacaq", - deyə o bildirib.Qeyd edək ki, çərşənbə günü, sentyabrın 15-də Avropada keçirilən ticarət sessiyasında 1000 kubmetr təbii qaz rekord qiymətə – 950 dollara satılıb. Bu gün qiymət birdən-birə 17.27% artıb.Beləliklə, çərşənbə günü Hollandiyanın TTF hablarında oktyabr ayı üçün qaz əqdlərinin qiyməti 1000 kubmetrə 841,39 dollar təşkil edib. Sonra isə artaraq 950 dollara çatıb.Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, "köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 810 dollara satılmışdı.Həmçinin oxuyun:* Avropada təbii qazın qiyməti "ceyran belinə" qalxdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753617_341:0:3072:2048_1920x0_80_0_0_254a22a3f4d8dcbf1de9dea1b4b5603f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir
19:32 15.09.2021 (Yenilənib: 23:16 15.09.2021) Dünya enerji balansında qazın payı artmaqda davam edəcək, bu da qaza olan tələbatın və qaz qiymətinin də artacağı deməkdir.
BAKI, 15 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2 350 391,76 min ABŞ dolları dəyərində 13 241 763,48 min kubmetr təbii qaz ixrac edib.
Sputnik Azərbaycan xəbər verir ki, APA-Economics-in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38%, həcmi isə 47,2% çoxdur.
Xatırladaq ki, ötən ilim yanvar-avqust aylarında Azərbaycan 1 702 883,25 min dollar dəyərində 8 994 930,81 kubmetr qaz ixrac edib.
Qazın qiymətinin artması Azərbaycan üçün əlverişlidir
Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ölkəmizin spot bazarında təbii qaz satmadığını nəzərə alsaq, Avropada qiymət sıçrayışı Azərbaycan qazının qiymətlərini o qədər də artırmayacaq.
"Azərbaycan təbii qazının qiymətləri hər ay istehlak bazarına hansı mənbələrdən və hansı həcmdə qazın daxil olmasına əsasən dəyişir. Buna görə də bir il əvvəl biz qazın qiymətinin min kubmetr üçün orta hesabla 150 dollar olacağını planlaşdırırdıqsa, indi Avropa bazarlarında qiymətlər bir neçə dəfə yüksəkdir", - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.
Ekspertin fikrincə, qazın belə qiymətə minməsi Şahdəniz layihəsinin səhmdarlarına sərfəlidir.
"1998-ci ildə Azərbaycan təbii qazın ilk partiyasını satanda qiymətlər minimal idi - 10-11 dollar. Hazırkı qiymətlər qaz istehsal edən şirkətləri tam qane edir. Qazın qiymətinin artması sayəsində qaz sektoruna qoyulan investisiyaların mayası vaxtından əvvəl çıxacaq", - deyə Şaban qeyd edib.
"Dünya enerji balansında qazın payı artmaqda davam edəcək, bu da qaza olan tələbatın və qaz qiymətinin də artacağı deməkdir. Bu mənada Azərbaycanın qazdan gəlirləri artacaq", - deyə o bildirib.
Qeyd edək ki, çərşənbə günü, sentyabrın 15-də Avropada keçirilən ticarət sessiyasında 1000 kubmetr təbii qaz rekord qiymətə – 950 dollara satılıb. Bu gün qiymət birdən-birə 17.27% artıb.
Beləliklə, çərşənbə günü Hollandiyanın TTF hablarında oktyabr ayı üçün qaz əqdlərinin qiyməti 1000 kubmetrə 841,39 dollar təşkil edib. Sonra isə artaraq 950 dollara çatıb.
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, "köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.
Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 810 dollara satılmışdı.