https://sputnik.az/20210915/Avropada-tebii-qazin-qimeti-ceyran-beline-qalxdi-427926375.html
Avropada təbii qazın qiyməti "ceyran belinə" qalxdı
Avropada təbii qazın qiyməti "ceyran belinə" qalxdı
Sputnik Azərbaycan
"Köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, mayeləşdirilmiş təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı... 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T13:12+0400
2021-09-15T13:12+0400
2021-11-16T20:29+0400
xəbərlər
iqtisadiyyat
avropa
bahalaşma
rekord
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753659_0:1:2000:1132_1920x0_80_0_0_3c2059ae9e683ba9bde4bb122f176434.jpg
BAKI, 15 sentyabr — Sputnik. Çərşənbə günü, sentyabrın 15-də Avropada keçirilən ticarət sessiyasında 1000 kubmetr təbii qaz rekord qiymətə – 950 dollara satılıb. Bu barədə Rusiya mediası ICE birjasının məlumatlarına əsasən xəbər yayıb.Bu gün qiymət birdən-birə 17.27% artıb.Beləliklə, çərşənbə günü Hollandiyanın TTF hablarında oktyabr ayı üçün qaz əqdlərinin qiyməti 1000 kubmetrə 841,39 dollar təşkil edib. Sonra isə artaraq 950 dollara çatıb.Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, "köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 810 dollara satılmışdı.Eləcə də oxuyun:Avropada təbii qazın qiyməti rekord vurduAlternativ enerji istehsalından Azərbaycan nələr qazana bilər? – ekspert şərh edirHəftənin iqtisadi mənzərəsi: 45 dollara neft və daha üç il COVID-19-la yoldaşıqAvropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? – ekspert şərhiEkspert: “Əfqanıstanın sərvətləri uğrunda rəqabət qızışacaq”
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753659_0:0:2000:1258_1920x0_80_0_0_3a55dec4af516937e7beb266bbdc987e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, avropa, bahalaşma, rekord, dünya
xəbərlər, avropa, bahalaşma, rekord, dünya
Avropada təbii qazın qiyməti "ceyran belinə" qalxdı
13:12 15.09.2021 (Yenilənib: 20:29 16.11.2021) "Köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, mayeləşdirilmiş təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub.
BAKI, 15 sentyabr — Sputnik. Çərşənbə günü, sentyabrın 15-də Avropada keçirilən ticarət sessiyasında 1000 kubmetr təbii qaz rekord qiymətə – 950 dollara satılıb. Bu barədə Rusiya mediası ICE birjasının məlumatlarına əsasən xəbər yayıb.
Bu gün qiymət birdən-birə 17.27% artıb.
Beləliklə, çərşənbə günü Hollandiyanın TTF hablarında oktyabr ayı üçün qaz əqdlərinin qiyməti 1000 kubmetrə 841,39 dollar təşkil edib. Sonra isə artaraq 950 dollara çatıb.
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov Avropada qazın qiymətinin min kubmetr üçün 1000 dollara çata biləcəyini bəyan edib. Onun sözlərinə görə, "köhnə qitədə" qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış təbii qazın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.
Qeyd edək ki, Avropada təbii qazın qiymətində ən son rekord ötən həftənin cümə günü keçirilən ticarət sessiyasında qeydə alınmışdı. Həmin vaxt 1000 kubmetr qaz 810 dollara satılmışdı.
Həftənin iqtisadi mənzərəsi:
45 dollara neft və daha üç il COVID-19-la yoldaşıq