Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı Günü" bayram olsun: Deputat və tarixçi 14 sentyabrın rəsmiləşdirilməsini istəyir

© Sputnik / Vladimir Fedorenko / Fotobanka keçməkБакинцы играют на улице в нарды
Бакинцы играют на улице в нарды - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Bəzi elm adamları Azərbaycan xalqının istiqlal mübarizələri tarixində xüsusi yeri olan 15 sentyabr – Bakının qurtuluşu gününü bayram günü kimi qeyd edilməsini təklif ediblər.
BAKI, 15 sentyabr — Sputnik. Bəzi elm adamları Azərbaycan xalqının istiqlal mübarizələri tarixində xüsusi yeri olan 15 sentyabr – Bakının qurtuluşu gününü bayram günü kimi qeyd edilməsini təklif ediblər. 2017-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov təklif etmişdi ki, 15 sentyabr rəsmən "Bakının qurtuluşu günü" kimi qeyd edilsin. Ötən il Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bu günün Bakı Günü kimi qeyd olunmasını təklif etmişdi.
Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirir ki, bu tarix Azərbaycanın taleyində bir dönüş nöqtəsi oldu. Yəni həmin günə qədər Bakı bizim deyildi. Bakı bu hadisə ilə Azərbaycan xalqına yenidən qayıdıb: "Bu, çox əlamətdar gündür. Bu günün Bakı Günü kimi qeyd olunması yerinə düşər. Bu günü təntənəli şəkildə qeyd etmək lazımdır. Bu gün bayram günü kimi qeyd olunmalıdır".
Tarixçinin fikrincə, sentyabrın 15-i qeyri-iş günü olmamalıdır. Çünki iş yerlərində tarixi günləri qeyd edirlər. Qeyri-iş günü olanda bu günün tarixi haqqında məlumatsız olurlar. Təvəkkül müəllim bildirir ki, həmin gün dərslər keçirilməyəndə uşaqlar bu günün əhəmiyyəti haqqında məlumatsız olurlar:
"Məsələn, 26 iyun Silahlı Qüvvələr Günüdür. Dərs dediyim uşaqlardan bu günün tarixi barədə soruşanda görürəm ki, yadlarından çıxarırlar. Çünki həmin vaxt şagirdlər, tələbələr yay tətilində olurlar. Sovet dönəmində 23 fevral SSRİ-də ordu günü kimi qeyd olunurdu. Hər kəs qeyd edirdi bu tarixi. Qızlar oğlanlara hədiyyə alırdılar. O zamanlar oxumayan şagird belə o tarix haqqında məlumatlı olurdu".
Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, bununla bağlı Baş Nazirə müraciət edilib. Hələ Artur Rəsizadənin baş nazir olduğu dönəmlərdə də təklif ediblər ki, abidə üçün torpaq sahəsi ayrılsın. Deputat əlavə edib ki, onlar öz hesablarına heykəl qoymaq istəyiblər. Təəssüf ki, bu məsələ öz həllini tapmadı. Ümidləri Zəfər paradından sonraya olsa da, o da doğrulmayıb:
"Bakıda Zəfər paradı keçiriləndə Bakının işğaldan azad olunması ilə bağlı ölkə prezidenti Nuru Paşanın qəhrəmanlığından bəhs elədi. Bizdə ümid yarandı ki, bu məsələ öz həllini tapar. Amma təəssüf ki, onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı heç bir addım atılmadı. Ona görə də bu məsələ hələ də gündəmdədir".
Deputat hesab edir ki, tezliklə bu məsələ öz həllini tapmalıdır. Çünki Nuru Paşanın xidməti o qədər böyükdür ki, onu hansısa bir şəkildə unutmaq özü bir günahdır. Bu baxımdan təkliflər dəfələrlə səslənib ki, 15 sentyabr qeyri-iş günü kimi qeyd olunsun. Bu, bizim tariximiz üçün əhəmiyyətli bir addım olardı. Bundan başqa, F.Mustafa hərbi məktəblərin birinə Nuru Paşanın adının verilməsi təklifini də dəfələrlə səsləndirib.
O, həmçinin Nuru Paşanın və Mürsəl Paşanın adının əbədiləşdirilməsi və Bakıdakı küçələrin birinə onların adının verilməsi ilə bağlı da təkliflər irəli sürüb: "Bu məsələlər dəfələrlə qaldırılıb. Açığını deyim, buna laqeyd yanaşılır. Dövlət səviyyəsində laqeyd yanaşmanı anlamaq çətindir. Hesab edirəm ki, orta mərtəbədə olan məmurlar tərəfindən əngəllənir. Heç kəsə sirr deyil ki, 44 günlük tarixi savaşımızda Türkiyə ən yüksək səviyyədə bizə dəstək oldu. Biz heç kimin haqqını unuda bilmərik. Ona görə də bu məsələdə ciddi bir dəyişim olmalıdır".
Məlumat üçün bildirək ki, 1918-ci ildə öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Belə ki, Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin çoxu, o cümlədən də Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi.
Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ formalaşmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətdən sonra Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Nuru Paşa ordunun komandanı təyin edildi.
Sentyabr ayının 14-ü üçün qarşıya qoyulan tapşırığı yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri həmin günün gecəsini istirahət etməklə bərabər, həm də son döyüşə hazırlıq da keçirdilər. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qüvvələri uğurlu hücumu davam etdirdilər və qarşıya qoyulmuş vəzifənin həllinə daha da yaxınlaşdılar. Çıxış yolunun qalmadığını görən Sentrokaspi rəhbərliyi Qafqaz İslam Ordusu rəhbərliyi ilə əlaqə yaradılması üçün yollar axtarmağa başladı. Bu məqsədlə Sentrokaspi rəhbərliyi sentyabrın 14-də axşam saat 8-də İranın Bakıdakı konsulu Saədülvüzəradan Bakı üzərinə hücumun dayandırılması üçün vasitəçilik etməyi xahiş etdilər.
Bu təklifi alandan sonra Saədülvüzəra iki nəfəri məktub və ağ bayraqla döyüş mövqelərinə göndərdi. Lakin onlar Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqə yarada bilmədilər. Səhəri gün, yəni sentyabrın 15-də İran konsulu yenidən vasitəçilik missiyasının icrasına davam etdi. Nəhayət, tərəflər arasında aparılan danışıqlardan sonra Sentrokaspi rəhbərliyi Bakı şəhərini Qafqaz İslam Ordusunun nəzarəti altına verməyi öz üzərinə götürdü. Beləliklə, Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi. Sentrokaspi diktaturasının şəhərdəki dayaqları olan qüvvələr gəmilər vasitəsilə qaçıb canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim oldular.
Həmçinin oxuyun: 
* Razin dağı və mağara - Burada Bakıya aid bir tarix gizlənir
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала