https://sputnik.az/20210914/Azrbaycan-nefti-74-dollara-yaxnlar-427916114.html
Azərbaycan nefti 74 dollara yaxınlaşır
Azərbaycan nefti 74 dollara yaxınlaşır
Sputnik Azərbaycan
"Azeri Light"ın son iki ildə maksimum qiyməti (78,35 dollar) 2021-ci il iyul ayının 5-də qeydə alınıb. 14.09.2021, Sputnik Azərbaycan
2021-09-14T11:42+0400
2021-09-14T11:42+0400
2021-11-17T00:04+0400
xəbərlər
iqtisadiyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427865934_0:0:3073:1728_1920x0_80_0_0_dc0ec29fffb60a585cd87bf0cdcc0764.jpg
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,57 dollar və ya 0,78% artaraq 73,98 dollar təşkil edib.London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 74,01 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 70,97 dollar olub.Qeyd edək ki, dünyada neft qiymətləri "İda" qasırğasından sonra "Nicholas" qasırğasının Texas sahillərinə doğru irəliləməsilə ardıcıl 3 gündür bahalaşır. Qasırğalar neft bazarında narahatlıq yaradır.COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. "Azeri Light"ın son iki ildə maksimum qiyməti (78,35 dollar) bu il iyulun 5-də qeydə alınıb.Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetiribBu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.Həmçinin oxuyun:Dünya bazarında neft bahalaşır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/07/427865934_0:0:2731:2048_1920x0_80_0_0_f1a48854bf222c8808bf914eeac4c71d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Azərbaycan nefti 74 dollara yaxınlaşır
11:42 14.09.2021 (Yenilənib: 00:04 17.11.2021) "Azeri Light"ın son iki ildə maksimum qiyməti (78,35 dollar) 2021-ci il iyul ayının 5-də qeydə alınıb.
BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,57 dollar və ya 0,78% artaraq 73,98 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 74,01 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 70,97 dollar olub.
Qeyd edək ki, dünyada neft qiymətləri "İda" qasırğasından sonra "Nicholas" qasırğasının Texas sahillərinə doğru irəliləməsilə ardıcıl 3 gündür bahalaşır. Qasırğalar neft bazarında narahatlıq yaradır.
COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. "Azeri Light"ın son iki ildə maksimum qiyməti (78,35 dollar) bu il iyulun 5-də qeydə alınıb.
Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib
Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.
OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.