https://sputnik.az/20210914/Amerika-kfiyyat-l-Qaidni-dyrlndirir-427914752.html
Amerika kəşfiyyatı "Əl-Qaidə"ni* dəyərləndirir
Amerika kəşfiyyatı "Əl-Qaidə"ni* dəyərləndirir
Sputnik Azərbaycan
Dövlət katibinin sözlərinə görə, ABŞ bu qruplaşmanın potensialını bərpa etməsi və Əfqanıstan xaricində digər ölkələrə zərər vurması ehtimalına görə "hədsiz... 14.09.2021, Sputnik Azərbaycan
2021-09-14T08:37+0400
2021-09-14T08:37+0400
2021-11-16T20:29+0400
xəbərlər
"əl-qaidə" terror təşkilatı
abş
əfqanıstan
entoni blinken
dünya
https://cdnn1.img.sputnik.az/img/41531/76/415317691_0:0:1415:800_1920x0_80_0_0_2e25304a18a76892dee6651ec214f6f5.jpg
BAKI, 14 sentyabr - Sputnik. ABŞ kəşfiyyatçıları hesab edirlər ki, "Əl-Qaidə"* terror təşkilatının Əfqanıstandakı hazırkı durumu hələlik ona xaricdə hücumlar həyata keçirməyə imkan vermir.Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib."Kəşfiyyat cameəsinin hazırkı rəyi belədir ki, illər öncə "Əl-Qaidə"nin imkanları elə deqradasiyaya uğrayıb ki, hazırda o, xaricdə hücumlar təşkil etmək iqtidarında deyil", - ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsindəki dinləmələrdə çıxış edən Blinken söyləyib.Dövlət katibinin sözlərinə görə, ABŞ bu qruplaşmanın potensialını bərpa etməsi və Əfqanıstan xaricində digər ölkələrə zərər vurması ehtimalına görə "hədsiz sayıqlıq göstərməyi" hədəfləyib. O, həmçinin vurğulayıb ki, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşları ilə sıx koordinasiya qurmaq niyyətindədir.Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşmasıEləcə də oxuyun:11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?Əkiz qüllələrin yerlə-yeksan edilməsindən 20 il ötürRusiya XİN "Əl-Qaidə"ni dünya üçün təhlükə adlandırıb
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41531/76/415317691_4:0:1278:800_1920x0_80_0_0_25bc9076737d5c1b87c4496b50703fcd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, "əl-qaidə" terror təşkilatı, abş, əfqanıstan, entoni blinken, dünya
xəbərlər, "əl-qaidə" terror təşkilatı, abş, əfqanıstan, entoni blinken, dünya
Amerika kəşfiyyatı "Əl-Qaidə"ni* dəyərləndirir
08:37 14.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Dövlət katibinin sözlərinə görə, ABŞ bu qruplaşmanın potensialını bərpa etməsi və Əfqanıstan xaricində digər ölkələrə zərər vurması ehtimalına görə "hədsiz sayıqlıq göstərməyi" hədəfləyib.
BAKI, 14 sentyabr - Sputnik. ABŞ kəşfiyyatçıları hesab edirlər ki, "Əl-Qaidə"* terror təşkilatının Əfqanıstandakı hazırkı durumu hələlik ona xaricdə hücumlar həyata keçirməyə imkan vermir.
Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ dövlət katibi
Entoni Blinken deyib.
"Kəşfiyyat cameəsinin hazırkı rəyi belədir ki, illər öncə "Əl-Qaidə"nin imkanları elə deqradasiyaya uğrayıb ki, hazırda o, xaricdə hücumlar təşkil etmək iqtidarında deyil", - ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsindəki dinləmələrdə çıxış edən Blinken söyləyib.
Dövlət katibinin sözlərinə görə, ABŞ bu qruplaşmanın potensialını bərpa etməsi və Əfqanıstan xaricində digər ölkələrə zərər vurması ehtimalına görə "hədsiz sayıqlıq göstərməyi" hədəfləyib. O, həmçinin vurğulayıb ki, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşları ilə sıx koordinasiya qurmaq niyyətindədir.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?
Rusiya XİN "Əl-Qaidə"ni
dünya üçün təhlükə adlandırıb