https://sputnik.az/20210909/Rusiya-XN-l-Qaidni-dnya-n-thlk-adlandrb-427884555.html
Rusiya XİN "Əl-Qaidə"ni dünya üçün təhlükə adlandırıb
Rusiya XİN "Əl-Qaidə"ni dünya üçün təhlükə adlandırıb
Sputnik Azərbaycan
Bir müddət dünyanın müxtəlif yerlərindən olan cihadçıların cazibə nöqtəsinə çevrilən İŞİD-in* Yaxın Şərqdə ortaya çıxması ilə yaranan xarici terrorçu... 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T19:01+0400
2021-09-09T19:01+0400
2021-11-16T20:29+0400
xəbərlər
rusiya
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664683_0:160:3073:1888_1920x0_80_0_0_e11b772c50f83a4563cc3df7d15f0d03.jpg
BAKI, 9 sentyabr — Sputnik. Rusiya tərəfi "Əl-Qaidə"nin* kifayət qədər döyüş, maliyyə və texniki potensiala malik olduğuna görə onu dünya üçün təhlükəli hesab edir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində bildirib."Bir müddət dünyanın müxtəlif yerlərindən olan cihadçıların cazibə nöqtəsinə çevrilən İŞİD-in* Yaxın Şərqdə ortaya çıxması ilə yaranan xarici terrorçu yaraqlıların problemi indiki şəraitdə xüsusilə aktual görünür", - deyə Sıromolotov bildirib."Hərbi məğlubiyyət nəticəsində (Rusiyanın birbaşa iştirakı ilə) İŞİD* öz ölkələrinə və ya üçüncü ölkələrə qaçan, tərkibi keçmiş terrorçu yaraqlılardan ibarət olan geniş bir yeraltı şəbəkəyə çevrilib", - deyə o, qeyd edib."Kifayət qədər döyüş, maliyyə və texniki potensiala malik olan "Əl-Qaidə"* dünya üçün heç də az təhlükəli deyil. Ancaq lazımi işlər aparılır və əminəm ki, birgə səylərlə sadalanan bütün problemlər səmərəli şəkildə həll olunacaq", – deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib.Rusiya Federasiyası xarici işlər nazirinin müavininin RİA Novosti ilə tam müsahibəsini Moskva vaxtı ilə saat 11:00-da www.ria.ru saytında oxuya bilərsiniz.* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427664683_170:0:2901:2048_1920x0_80_0_0_bf8ce4b1e440b88702ab2a5136c47e58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Rusiya XİN "Əl-Qaidə"ni dünya üçün təhlükə adlandırıb
19:01 09.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Bir müddət dünyanın müxtəlif yerlərindən olan cihadçıların cazibə nöqtəsinə çevrilən İŞİD-in* Yaxın Şərqdə ortaya çıxması ilə yaranan xarici terrorçu yaraqlıların problemi indiki şəraitdə xüsusilə aktual görünür.
BAKI, 9 sentyabr — Sputnik. Rusiya tərəfi "Əl-Qaidə"nin* kifayət qədər döyüş, maliyyə və texniki potensiala malik olduğuna görə onu dünya üçün təhlükəli hesab edir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində bildirib.
"Bir müddət dünyanın müxtəlif yerlərindən olan cihadçıların cazibə nöqtəsinə çevrilən İŞİD-in* Yaxın Şərqdə ortaya çıxması ilə yaranan xarici terrorçu yaraqlıların problemi indiki şəraitdə xüsusilə aktual görünür", - deyə Sıromolotov bildirib.
"Hərbi məğlubiyyət nəticəsində (Rusiyanın birbaşa iştirakı ilə) İŞİD* öz ölkələrinə və ya üçüncü ölkələrə qaçan, tərkibi keçmiş terrorçu yaraqlılardan ibarət olan geniş bir yeraltı şəbəkəyə çevrilib", - deyə o, qeyd edib.
"Kifayət qədər döyüş, maliyyə və texniki potensiala malik olan "Əl-Qaidə"* dünya üçün heç də az təhlükəli deyil. Ancaq lazımi işlər aparılır və əminəm ki, birgə səylərlə sadalanan bütün problemlər səmərəli şəkildə həll olunacaq", – deyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavininin RİA Novosti ilə tam müsahibəsini Moskva vaxtı ilə saat 11:00-da www.ria.ru saytında oxuya bilərsiniz.
* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması