Taliblərlə xüsusi siyasət aparmalı: beynəlxalq təşkilat humanitar fəlakətdən çəkinir

© Sputnik / Mediabanka keçidМашины Международного Комитета Красного Креста (МККК) в Карабахе, фото из архива
Машины Международного Комитета Красного Креста (МККК) в Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Maurerin sözlərinə görə, Əfqanıstanda Taliban* rəhbərliyinin tanınmaması "gələcəkdə humanitar böhranın daha da dərinləşməsinə" və iqtisadi vəziyyətin pisləşməsinə səbəb ola bilər, çünki beynəlxalq təşkilatlar və banklar tanınmamış hökuməti maliyyələşdirə bilmirlər.
BAKI, 13 sentyabr — Sputnik. Əfqanıstanda vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət taliblərlə qarşılıqlı fəaliyyətə dair dəqiq siyasət işləyib hazırlamalıdır. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer RİA Novosti-yə müsahibəsində deyib.
"Həqiqətən, hesab edirəm ki, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün taliblərlə qarşılıqlı fəaliyyət siyasətinin qurulmasına ehtiyac var. Məncə, bu çətin ola bilər. Adətən, bu kimi hallarda uğursuzluq ən asan yoldur. Müvəffəqiyyət və sabitliyə nail olmaq isə daha çətin, yorucu olur. Əfqanıstanda da belə olacaq. Ancaq biz əminik ki, bu işlə məşğul olmaq lazımdır, çünki böhran o qədər dərindir ki, yalnız Əfqanıstanda deyil, bütün bölgədə sabitliyin pozulması təhlükəsi var", - deyə o qeyd edib.
Maurerin sözlərinə görə, Əfqanıstanda Taliban* rəhbərliyinin tanınmaması "gələcəkdə humanitar böhranın daha da dərinləşməsinə" və iqtisadi vəziyyətin pisləşməsinə səbəb ola bilər. Çünki beynəlxalq təşkilatlar və banklar tanınmamış hökuməti maliyyələşdirə bilməzlər.
Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, sentyabrın 13-də Əfqanıstana humanitar yardımın göstərilməsi ilə bağlı Cenevrədə nazirlər səviyyəsində görüş keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib ki, Moskvanı həmin görüşdə daimi nümayəndə təmsil edəcək.
Taliblər avqustun əvvəlində hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
Bağlandakı müqavimət qüvvələri taliblərə pusqu qurublar – mənbə
BMT əməkdaşları Kabilə qayıdıblar
Taliban*dan qorunmalı: Rusiya Tacikistana hərbi texnika göndərdi
11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?
Xəbər lenti
0