23:59 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
16 0 0

Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə daxil olublar.

BAKI, 12 sentyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) ötən ay Əfqanıstanı tərk etmiş işçiləri bu gün iki təyyarə ilə Kabilə qayıdıblar. Bu barədə Əl-Cəzirə telekanalı hava limanının əməkdaşına istinadən məlumat verib.

“Ötən ay Əfqanıstanı tərk etmiş BMT əməkdaşları iki təyyarə ilə Kabil hava limanına eniblər”, - deyə məmur bildirib.

Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə daxil olublar. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi gedirdi. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.

Əmir Xan Mutaki Xarici İşlər Nazirliyinə, Məhəmməd Yakub Müdafiə Nazirliyinə, Saracuddin Haqqani isə Daxili İşlər Nazirliyinə rəhbər olub.

* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması

Həmçinin oxuyun:

Taliblər 200 amerikalı və əcnəbinin Əfqanıstanı tərk etməsinə icazə veriblər

Teqlər:
Kabil

Əsas mövzular