https://sputnik.az/20210913/Taliban-qadnlar-Kabil-aeroportunda-i-dvt-edib-427914621.html
Taliban qadınları Kabil aeroportunda işə dəvət edib
Taliban qadınları Kabil aeroportunda işə dəvət edib
Sputnik Azərbaycan
Tolo News telekanalı bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib. 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T22:50+0400
2021-09-13T22:50+0400
2021-11-16T20:29+0400
xəbərlər
taliban
kabil
aeroport
qadın
iş
əməkdaş
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427705543_0:310:3072:2048_1920x0_80_0_0_1c8fd72dc10e050dc913407272487f61.jpg
BAKI, 13 sentyabr - Sputnik. Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar. Sputnik Azərbaycan bildirir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb. "İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib. Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşmasıEləcə də oxuyun:Taliblər* konstitusiyaya baxılması üçün xüsusi komissiya yaradacaqlarTaliblərlə xüsusi siyasət aparmalı: beynəlxalq təşkilat humanitar fəlakətdən çəkinirBMT əməkdaşları Kabilə qayıdıblar11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0f/427705543_0:118:3072:2048_1920x0_80_0_0_b4a1f0295b2115e72cb729ffce6aa23a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, taliban, kabil, aeroport, qadın, iş, əməkdaş, dünya
xəbərlər, taliban, kabil, aeroport, qadın, iş, əməkdaş, dünya
Taliban qadınları Kabil aeroportunda işə dəvət edib
22:50 13.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Tolo News telekanalı bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.
BAKI, 13 sentyabr - Sputnik. Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.
"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib.
Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.
Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban da şərh verməkdən imtina edib.
Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Taliblərlə xüsusi siyasət aparmalı: beynəlxalq təşkilat humanitar fəlakətdən çəkinir
BMT əməkdaşları Kabilə qayıdıblar
11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?