Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türk Şurasına üzv dövlətlər arasında sənəd imzalanacaq

© Photo : AZƏRTACBakıda TÜRKPA Şurasının 9-cu iclası
Bakıda TÜRKPA Şurasının 9-cu iclası  - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilir.
BAKI, 10 sentyabr — Sputnik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, memorandumun imzalanması Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində baş tutacaq.
Müxtəlif iqtisadi zonalar dedikdə, Azərbaycan və Qazaxıstanın xüsusi iqtisadi zonalarına, Qırğızıstan və Özbəkistanın azad iqtisadi zonalarına və Türkiyənin azad zonalarına istinad edilir.
Memorandumun məqsədi Azərbaycanda xüsusi iqtisadi zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi, TDƏŞ üzv dövlətlərinin bu sahədə inkişafından yararlanmaq, TDƏŞ üzv dövlətləri arasında müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı töhfə verməkdir.
Anlaşma memorandumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə işçi qrupun yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilir.
Tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş biznes forum təşkil olunacaq.
Həmçinin oxuyun:
Bakıda Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin iclası başlayıb
Xəbər lenti
0