04:04 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
İQTİSADİYYAT
Qısa URL
25 0 0

İclas zamanı türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları və s. müzakirə olunacaq.

BAKI, 10 sentyabr — Sputnik. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası işə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclas Türk Şurasının baş katibi Bağdad Amreyevin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi və Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Türkiyədən nazirlərin iştirakı ilə keçirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib. Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi isə 75 faiz artıb. Biz innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlığı davam etdiririk. Bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə etmişik.

Nazir qeyd edib ki, ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək:

"Bu baxımdan biz türkdilli ölkələrlə imzalanması nəzərdə tutulan müvafiq memorandumu hazırlayırıq".

Onun sözlərinə görə, nəqliyyat sahəsində tranzit yükdaşımaların artırılması planlaşdırılır. Biz, həmçinin bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı və yaşıl texnologiyalar sahəsində layihələr üzrə işləyirik.

Nazir bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizəyə 2,5 milyard dollar vəsait ayırıb. Görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi.

O əlavə edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir.

Qeyd edək ki, iclasda türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.

Teqlər:
türk

Əsas mövzular