https://sputnik.az/20210910/Fors-major-hallarda-srhd-v-gmrk-orqanlarnn-faliyyti-qaydalar-myyn-olunub-427896905.html
Fors-major hallarda sərhəd və gömrük orqanlarının fəaliyyəti qaydaları müəyyən olunub
Fors-major hallarda sərhəd və gömrük orqanlarının fəaliyyəti qaydaları müəyyən olunub
Sputnik Azərbaycan
Qaydalara əsasən, xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin... 10.09.2021, Sputnik Azərbaycan
2021-09-10T22:55+0400
2021-09-10T22:55+0400
2021-11-17T00:04+0400
cəmiyyət
xəbərlər
qaydalar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698931_441:805:2650:2048_1920x0_80_0_0_36cc856c070de7d2746c432eb2aeed02.jpg
BAKI, 10 sentyabr — Sputnik. Fors-major və digər təxirəsalınmaz hallarda sərhəd mühafizə və gömrük orqanlarının qarşılıqlı münasibətləri müəyyənləşib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nda əksini tapıb.Qaydalara əsasən, qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirirlər. Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçirilir:- ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi;- hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz DSBM-ə daxil olmaları üçün şərait yaradılması.- Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.- Xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin edilir.Həmçinin oxuyun:Rusiya sərhəd qapılarını Azərbaycan almasının üzünə açıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698931_654:547:2654:2047_1920x0_80_0_0_ed399dbfa8af9e2283c7d945d7b86d9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qaydalar, azərbaycan
xəbərlər, qaydalar, azərbaycan
Fors-major hallarda sərhəd və gömrük orqanlarının fəaliyyəti qaydaları müəyyən olunub
22:55 10.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Qaydalara əsasən, xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi növbədənkənar qaydada təmin edilir.
BAKI, 10 sentyabr — Sputnik. Fors-major və digər təxirəsalınmaz hallarda sərhəd mühafizə və gömrük orqanlarının qarşılıqlı münasibətləri müəyyənləşib. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nda əksini tapıb.
Qaydalara əsasən, qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirirlər. Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçirilir:
- ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi;
- hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz DSBM-ə daxil olmaları üçün şərait yaradılması.
- Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
- Xəstə və ya sağlamlıq imkanları məhdud olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin edilir.