https://sputnik.az/20210810/Rusiya-srhd-qaplarn-Azrbaycan-almasnn-zn-ab-427665880.html
Rusiya sərhəd qapılarını Azərbaycan almasının üzünə açıb
Rusiya sərhəd qapılarını Azərbaycan almasının üzünə açıb
Sputnik Azərbaycan
Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. 10.08.2021, Sputnik Azərbaycan
2021-08-10T13:18+0400
2021-08-10T13:18+0400
2021-08-10T13:22+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/41286/38/412863821_0:0:2846:1602_1920x0_80_0_0_62f054044ac548990fbdf1bb2c96df70.jpg
BAKI, 10 avqust — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.Sputnik Azərbaycan "Rosselxoznadzor"a istinadla xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.Həmin müəssisələr Bakının Nizami rayonunda yerləşən "EL FRUITS" MMC, Nəsimi rayonunda yerləşən "NİAB" MMC, Nərimanov rayonunda yerləşən "GF Company" MMC, Qusar rayonunda yerləşən "Agroline", "M-AGROFRESH" və "ECO FRUİTS" MMC-lər, eləcə də paytaxtda fəaliyyət göstərən fiziki şəxs - Mail Kişiyev və Şəmkir rayonunda fəaliyyət göstərən fiziki şəxs Musbat Həsənovdur.Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.Oktyabrdan vəziyyət dəyişəcək1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.Həmçinin oxuyun:Rusiya Azərbaycan alma və pomidorunun idxalına icazə verdi"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41286/38/412863821_115:0:2846:2048_1920x0_80_0_0_0ec5a79ee945b17085ab85762a7ad90f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Rusiya sərhəd qapılarını Azərbaycan almasının üzünə açıb
13:18 10.08.2021 (Yenilənib: 13:22 10.08.2021) Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
BAKI, 10 avqust — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
Sputnik Azərbaycan "Rosselxoznadzor"a istinadla xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.
Həmin müəssisələr Bakının Nizami rayonunda yerləşən "EL FRUITS" MMC, Nəsimi rayonunda yerləşən "NİAB" MMC, Nərimanov rayonunda yerləşən "GF Company" MMC, Qusar rayonunda yerləşən "Agroline", "M-AGROFRESH" və "ECO FRUİTS" MMC-lər, eləcə də paytaxtda fəaliyyət göstərən fiziki şəxs - Mail Kişiyev və Şəmkir rayonunda fəaliyyət göstərən fiziki şəxs Musbat Həsənovdur.
Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Oktyabrdan vəziyyət dəyişəcək
1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.
Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.