https://sputnik.az/20210908/Tibb-iilrinin-sertifikasiyas-tinlir-427878907.html
Tibb işçilərinin sertifikasiyası çətinləşir?
Tibb işçilərinin sertifikasiyası çətinləşir?
Sputnik Azərbaycan
Nazirlik: Tibb işçiləri 5 il ərzində 240, hər il üçün isə 48 bal toplamalıdır. Qanunvericiliklə tibb işçisinin sertifikatının müddəti bitməməlidir. 08.09.2021, Sputnik Azərbaycan
2021-09-08T23:21+0400
2021-09-08T23:21+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
səhiyyə
sertifikasiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42361/73/423617376_609:443:1920:1180_1920x0_80_0_0_452379b1a287d26a05d9754cd23a3867.jpg
BAKI, 8 sentyabr — Sputnik. Tibb işçilərinin sertifikasiyası qaydalarına dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsi üzrə 18 yeni ixtisas əlavə olunub. O bildirib ki, bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər hazırlanır:M.Mirzəzadə deyib ki, imtahan suallarında dəyişikliklər də olacaq:Onun sözlərinə görə, tibb işçiləri 5 il ərzində 240, hər il üçün isə 48 bal toplamalıdır. Qanunvericiliklə tibb işçisinin sertifikatının müddəti bitməməlidir: "Sertifikatın bitməsinə 1-2 ay qalmış işçiyə bildiriş göndərilir. Eyni zamanda, o, təkmilləşmə kurslarına cəlb olunur və imtahanda iştirak edir".Həmçinin oxuyun:Nazir müəllimlərin sertifikasiyası haqda: Proses humanist əsaslarla hazırlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/73/423617376_213:0:1920:1280_1920x0_80_0_0_1839bab80ae32197eb149a7ed4ef8ca5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, sertifikasiya, azərbaycan
xəbərlər, sertifikasiya, azərbaycan
Tibb işçilərinin sertifikasiyası çətinləşir?
23:21 08.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Nazirlik: Tibb işçiləri 5 il ərzində 240, hər il üçün isə 48 bal toplamalıdır. Qanunvericiliklə tibb işçisinin sertifikatının müddəti bitməməlidir.
BAKI, 8 sentyabr — Sputnik. Tibb işçilərinin sertifikasiyası qaydalarına dəyişikliklər edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri
Murad Mirzəzadə deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsi üzrə 18 yeni ixtisas əlavə olunub. O bildirib ki, bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər hazırlanır:
"İxtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlanır".
M.Mirzəzadə deyib ki, imtahan suallarında dəyişikliklər də olacaq:
"Hazırda bununla bağlı iş gedir. Əsas dəyişiklik pediatriya və stomatologiya üzrədir. Sertifikasiya imtahanları üçün suallar daim yenilənir. Amma bu o demək deyil ki, bütün suallar tam şəkildə dəyişdirilərək, başqaları ilə əvəzlənir. İmtahana düşəcək sualların bəziləri qapalı olduğundan onları yalnız imtahan vaxtı görmək mümkündür".
Onun sözlərinə görə, tibb işçiləri 5 il ərzində 240, hər il üçün isə 48 bal toplamalıdır. Qanunvericiliklə tibb işçisinin sertifikatının müddəti bitməməlidir: "Sertifikatın bitməsinə 1-2 ay qalmış işçiyə bildiriş göndərilir. Eyni zamanda, o, təkmilləşmə kurslarına cəlb olunur və imtahanda iştirak edir".