23:27 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İQTİSADİYYAT
Qısa URL
13 0 0

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,78 ABŞ dolları və yaxud 1,09 faiz artaraq 72,21 dollar təşkil edib.

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,78 ABŞ dolları və yaxud 1,09 faiz artaraq 72,21 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,42 dollar azalaraq 72,99 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar bahalaşaraq 69,06 dollar olub.

Qeyd edək ki, OPEC+ ölkələri bu gün cari razılaşma şərtlərini müzakirə edəcək. Neft bazarları OPEC+un hasilatı artırıb artırmayacağı ilə bağlı qərarına yönəlib.

Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, avqustun 1-dən etibarən OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır.

Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq və müvafiq olaraq ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

Əsas mövzular