Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi

© Sputnik / Zulfiyya GuluyevaMəktəbli forması
Məktəbli forması - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Nazir deyib ki, hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.
BAKI, 7 sentyabr — Sputnik. Ölkə üzrə ümumtəhsil müəssisələrində şagirdlər məktəbə əvvəlki illərdə geyindikləri məktəbli formasında gələ bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyin şöbə müdiri Vəfa Yaqublu bildirib.
Təhsil naziri Emin Əmrullayev də brifinq zamanı jurnalistlərin məktəbli forması ilə bağlı sualını cavablandırıb. Nazir deyib ki, hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.
Daha sonra Vəfa Yaqublu əlavə edib ki, yeni forma qəbul edilsə də, köhnə formalar sıradan çıxana qədər şagirdlər həmin formaları geyinə bilərlər.
Həmçinin oxuyun:
* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq
Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı
Xəbər lenti
0