Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı

© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Emin Əmrullayev deyib ki, ötən tədris ilində bəzi valideynlər özləri koronavirusa yoluxsa da, uşaqlarını məktəbə göndəriblər.
BAKI, 7 sentyabr — Sputnik. Hərarəti 37-dən yuxarı olan şagirdlər təhsil müəssisələrinə buraxılmayacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə nazirin müşaviri Rüstəm Ağayev məlumat verib.
O bildirib ki, ümumtəhsil müəssisələrində profilaktik işlərin görülməsi üçün tədbirlər həyata keçiriləcək. R.Ağayev bildirib ki, hər bir məktəb direktoru tərəfindən ilk olaraq təhsil müəssisəsində operativ nəzarət üzrə məsul şəxslər təyin olunacaq:
"Məktəbə daxil olanların hərarəti ölçüləcək, həmin məsul şəxslər otaqların havasının dəyişilməsinə, dezinfeksiyaya nəzarət edəcək. Hərarət 37-dən yuxarıdırsa, təhsil müəssisəsinə buraxılmayacaq. Dərs zamanı kiminsə temperaturu olarsa, həmin şəxs dərhal xüsusi izolyasiya otaqlarına yerləşdiriləcək. Əgər hansısa məktəbdə kiminsə COVID-19 nəticəsi pozitiv çıxarsa, araşdırma nəticəsində məktəbin bağlanması və ya hibrid tədrisə keçirilməsi barədə qərar qəbul ediləcək".
R.Ağayev bildirib ki, ötən tədris ilində bəzi valideynlər özləri koronavirusa yoluxsa da, uşaqlarını məktəbə göndəriblər: "Bu da məktəblərdə virusa yoluxmaya səbəb olub. Valideynlərdən də xahiş edirik ki, məktəblərin qarşısına sıx toplaşmasınlar".
Həmçinin oxuyun:
* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq
Xəbər lenti
0