https://sputnik.az/20210907/Tlblr-bu-ildn-thsil-krediti-ld-ed-bilcklr-427869068.html
Tələbələr bu ildən təhsil krediti əldə edə biləcəklər
Tələbələr bu ildən təhsil krediti əldə edə biləcəklər
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, tələblərin qeydiyyatı bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək. 07.09.2021, Sputnik Azərbaycan
2021-09-07T18:44+0400
2021-09-07T18:44+0400
2021-09-07T17:27+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42203/92/422039228_0:97:3073:1825_1920x0_80_0_0_c5eebf63d6e37caf5593e065a4ae9f1b.jpg
BAKI, 7 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev bu il tələbələrə təhsil kreditlərinin verilib-verilməyəcəyi ilə bağlı sualları cavablandırıb. Yeni tədris ilinin başlanması ilə bağlı keçirilən brifinqdə nazir bildirib ki, bu il tələbələrin təhsil krediti alması mümkün olacaq: "Hazırda tələblərin qeydiyyatı davam edir. Proses bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək. Biz inanırıq ki, bir neçə min tələbə müvafiq qaydalara əsasən tələbə krediti ala biləcək".Qeyd edək ki "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na əsasən TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Təhsil Tələbə Krediti" alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçiriləcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək.Xatırladaq ki, iyunun 18-də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.Məlumat üçün əlavə edək ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.Həmçinin oxuyun:* Təhsil naziri məktəblərdə əyani dərslərin başlayacağı tarixi açıqladı* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq* Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı* Şagirdlərin məktəbə hansı forma geyinəcəyinə nazir aydınlıq gətirdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/92/422039228_39:0:2770:2048_1920x0_80_0_0_d19349d98eae4be743f2d2185ec06391.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
Tələbələr bu ildən təhsil krediti əldə edə biləcəklər
Emin Əmrullayev bildirib ki, tələblərin qeydiyyatı bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək.
BAKI, 7 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev bu il tələbələrə təhsil kreditlərinin verilib-verilməyəcəyi ilə bağlı sualları cavablandırıb. Yeni tədris ilinin başlanması ilə bağlı keçirilən brifinqdə nazir bildirib ki, bu il tələbələrin təhsil krediti alması mümkün olacaq: "Hazırda tələblərin qeydiyyatı davam edir. Proses bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək. Biz inanırıq ki, bir neçə min tələbə müvafiq qaydalara əsasən tələbə krediti ala biləcək".
Qeyd edək ki "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"na əsasən TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Təhsil Nazirliyinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə "Təhsil Tələbə Krediti" alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçiriləcək. TTK-nin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilər Şurası müəyyən edəcək.
Xatırladaq ki, iyunun 18-də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.
Məlumat üçün əlavə edək ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik -
Təhsil naziri rektorlarla danışacaq