CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlayn market vasitəsilə bütün məhsulların Bakı üzrə çatdırılması pulsuz olacaq

© AFP 2024 / DANIEL LEAL-OLIVASРабочий разносит ящики со свежими фруктами и овощами, фото из архива
Рабочий разносит ящики со свежими фруктами и овощами, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.
BAKI, 6 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılan portal yeni kampaniyaya başlayıb. Bu gündən etibarən www.kobmarket.az portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək.
Bu barədə KOBİA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Məlumata görə, kampaniya oktyabrın 6-na qədər davam edəcək.
Qeyd edək ki, hazırda www.kobmarket.az portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s. kimi 1100-dən çox məhsul yerləşdirilib.
Xatırladaq ki, kobmarket.az bu ilin iyun ayından etibarən fəaliyyətə başlayıb. Sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün KOBİA-nın dəstəyi ilə yaradılan www.kobmarket.az ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.
Sahibkarlıq subyektlərinin www.kobmarket.az portalı ilə bağlı hər hansı sualları yaranarsa portal üzrərindən onlayn müraciət edə bilərlər.
www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.
Həmçinin oxuyun:
ƏDV ilə bağlı manipulyasiyalar: Pulumuzu kəsənlərlə necə mübarizə aparmalı
Xəbər lenti
0