Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Taliblərin məktubları, yadplanetlilərin gəlişi, gözlənilən Mehdi və Bəhram Bağırzadə

© REUTERS / STRINGERБоевики движения "Талибан" (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, 31 авгутса 2021 года
Боевики движения Талибан (террористическая группировка, запрещеннфая в РФ) в Кабуле, 31 авгутса 2021 года - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Rusiyalı politoloq və jurnalist Maksim Şevçenko yaxşı deyib ki, "yeni müharibə İrəvan xanlığının bərpası ilə nəticələnə bilər".
Kölgənin gücü
Müharibə hər kəslə edilə bilər, amma sülh yalnız şərəfli insanlarla bağlanır. Böyük fateh Sultan Mehmet deyirdi bunu.
Ermənistan siyasi elitasının ("elita" sözü burda şərti mənadadır – Qarabağda dağıdılmış tarixi abidələr, məscidlər erməni milli kimliyini ifadə edir həm də) "artsax" iddiaları bölgədə sülh üçün təhdid olaraq qalır. 10 min fərarisi olan ordu "demarş" motivasiyasını köklənməyə çalışır. Belə anlaşılır ki, sığındıqlarının öz kölgələri olduqlarını zənn edirlər. Əməkdaşlığın tuneldən çıxış üçün yeganə yol olduğunu dilə gətirənlərə isə "xain türk" damğası vurulur.
Maksim Şevçenko isə bu günlərdə yaxşı deyib: "Yeni müharibə İrəvan xanlığının bərpası ilə nəticələnə bilər".
Bu həftə 40 il sonra yenidən Şuşada keçirilən Vaqif Poeziya günləri isə təkcə mədəniyyət hadisəsi deyildi, həm də psixoloji nokautu möhkəmləndirən siyasi hadisə idi.
Dünən isə Füzuliyə ilk sərnişin təyyarəsi endi.
Uzaqdakı xoşbəxtlik
Ağılsız ideoloqlar erməni xalqını bədbəxt etdi...
Xankəndinin işıqsız, susuz günləri başlayıb. "Artxasın müstəqilliyi"inin 30-cu ildönümü ilə bağlı Xankəndinə səfərlər də bu il gerçəkləşmədi, məsafədən təbriklər səsləndi. Paşinyan isə Soçiyə 3 günlük məzuniyyətə qaçdı.
Regionun ən geridə qalmış ölkəsində insanlar öz gələcəklərini uzaqlarda axtarır. Ermənistanı hər ay minlərlə insan tərk edir. Məsələn, Zəngəzurda əhalinin sayı cari ilin birinci yarısında təxminən 700 nəfər azalıb, Qafanda bu rəqəm 400 nəfərə bərabər olub.
Dünya kosmosa uçur, İrəvan isə öz xalqını orta əsrlərə doğru dartır.
Orta əsrlərə qayıdış
"Taliban" ABŞ-la əməkdaşlıq etmiş tərcüməçini helikopterdən asaraq göz dağı verdi. Orta əsrlərdə inkivizisiya, edam adi hal idi. İndi Əfqanıstan üçün orta əsrlərlə sadəcə, bir fərq var - o vaxt dar ağacından asırdılar, indi helikopterdən. "Dar ağacı" helikopterlərini isə onlara amerikanlar veriblər – öz insanlarını daha yaxşı assınlar deyə...
Taliblər eyni zamanda Qərblə əməkdaşlıq etmiş əfqanların qapısına məktublar qoyur: ya təslim olun, ya da ölün.
Sıralarına yalnız saqqalı kişiləri qəbul edən təşkilat o adamları kafir elan edir. Ancaq soruşan yoxdur ki, siz haqq aşiqlərinin nəzarəti altında olan Əfqanıstan ərazisi illərdir ki, dünyanın ən böyük narkotik plantasiyasıdır. Məsələn, 2017-ci ildə əfqan heroin biznesinin dövriyyəsi nə az, nə çox, 6,6 mlrd. dollar təşkil edib.
Bu arada Google Talib xakkerlərin hücumlarından məlumatları qorumaq məqsədi ilə Əfqanıstan hökumətinin poçt hesablarını bağlayıb.
Taliblər tək deyil, indi onlara Əl Qaidə döyüşçüləri də qoşulub. Terror təşkilatının hakimiyyətləri ələ keçirməsi ilə bağlı mənfi tendensiyanın yaranması faktı ilə üz-üzəyik. Yeri gəlmişkən, Avropa İttifaqı "Taliban"ı tanımayacağını, lakin əlaqələr quracağını açıqlayıb.
Başqa bir bədbəxt ölkədə - Nigeriyada bu həftə məktəbdən 100-dən çox uşaq və müəllim oğurlanıb. Təsəvvür edin, bu ölkədə məktəblilərin oğurlanması və müəyyən pul müqabilində azad edilməsi asan gəlir mənbəyi olduğu üçün artıq adi hala çevrilib.
Bu arada ABŞ-da 11 sentyabr hücumuna aid bəzi sənədlərin üzərində məxfilik qrifi götürülə bilər.
Medalçılar
Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatdı. Paralimpiyaçılarımız digər idmançılarımızla müqayisədə xeyli yaxşı nəticə göstərərək 14 qızıl, 1 gümüş və 4 bürünc medalla oyunları 10-cu sırada bitirdi. Bu nəticə ilə biz hətta gündoğar ölkəni – evsahibi Yaponiyanı belə qabaqladıq.
Bu həftə tələbə adını qazananlar və onların valideynləri də medalçılar kimi təbrik edildi. Amma tələbə adını qazananlar eyforiyaya qapılmamalı, ali təhsil dövrünü inkişaf üçün fürsət kimi qiymətləndirməlidir. Qəbul ola bilməyənlər isə nəzərə almalıdır ki, gələcək karyera universitet diplomundan asılı deyil. Ultra-milyarderlərin yarımçıq qalan təhsil həyatı da bunu təsdiq edir – Stiv Cobs, Zukkerberq, Bill Qeyts bu baxımdan maraqlı nümunələrdir.
Peyvənd istəyənlər və istəməyənlər
Təsəvvür edin, təhsilsiz B.Qeytsin adı indi bütün dünyaya çip yeritməkdə hallanır. Yəni oxumadan da hətta dünyanı belə fəth etmək olar.
Koronavirusa yoluxanların sayı gündəlik olaraq 4 min, bundan dünyasını dəyişənlərin sayı isə 40 civarındadır. Xəstəliyi ağır keçirənlər daha çox vaksin olunmayanlardır. Ancaq nədənsə yenə də şərti olaraq peyvənd olunmaq üçün "tanış" həkim axtaranlar var.
Ancaq onun üstündə qan salanlar da yox deyil – həftənin "qəhrəman"larından biri 90-cı illərdə Qarabağda can qoyduğunu deyən, poliklinikanın şüşəsini qırıb, içəri girən Ceyhun Ağayev idi. 1978-ci il təvəllüdlü cantaraq yoldaşın 1991-ci ildə cəmi 13 yaşı var idi. Köhnəyinin üstündə yazılmış "SSRİ" sözləri isə bu halda bir xeyli simvolik görünürdü.
Mehdi gələndə...
Dünya dağılmayacaq, ancaq məhz bu il yadplanetlilərlə görüş baş tutacaq. Bu sözləri Rusiyada yayımlanan "Ekstrasenslərin savaşı" yarışının azərbaycanlı iştirakçısı Məlahət Nəzərova deyib. Görürsünüzmü, ekstrasenslərimiz artıq dünya bazarlarına çıxır.
Biz hətta Mehdinin də burda zühur edəcəyinə inanırıq. Yoxsa özünü Mehdi elan etmiş peyğəmbərə niyə 420 min manat sayaq ki?!
Mehdi məsələsi üstündən bir neçə həftə ötsə də gündəmin mövzusu olaraq qalır. Jurnalist həmkarımız Xalid Kazımlı Mehdinin zühuru ilə bağlı maraqlı bir əhvalat bölüşmüşdü: "Uzun illər öncə bir əməkdaşımızı göndərirlər Nardarana. Mitinq varmış. Çıxışçılar bir-birini tribunada əvəz edir. Hamısı da sözünü təxminən belə bitirir: "Mehdi gələcək, bu zülm yerdə qalmayacaq"; "Mehdi zühur edəcək, onda görək, bunlar neyniəcəklər"; "Mehdi gələcək, sözünü deyəcək" və s.
Gənc reportyorumuz onlara bir saat qulaq asandan sonra bezir, təşkilatçı dindarlardan birini azca qırağa çəkib deyir: "Qardaş, bu Mehdi nə vaxt gələcək? Gəlsin, çıxışını eləsin, yazım. Redaksiyaya qayıtmalıyam".
Təcrübəsiz jurnalist elə bilirmiş, Mehdi nardaranlıdır, özü də siyasi fəaldır... Ara yerdə az qala döyüləcəkmiş. Camaat elə bilib, məzələnir".
Sumqayıta dəvət edirik
Ötən həftə Əməkdar artisti Bəhram Bağırzadə özünün "Facebook" səhifəsində Xəzər dənizinin sahilindəki zibil tullantılarını videoya çəkərək ictimaiyyətə müraciət etdi. Ərazi nəzərətə götürüldü və təmizləndi.
Bəhram Bağırzadəni 3 gündən bir alovlanan və Sumqayıtı "qazovkalı" günlərə qaytaran Sumqayıt poliqonuna dəvət edirik.
Xəbər lenti
0