Azərbaycan paralimpiyaçıları Tokioda tarixi nailiyyət əldə ediblər
17:11 06.09.2021 (Yenilənib: 00:03 17.11.2021)
Abunə olmaq
Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycan yığması əldə olunmuş medalların sayına görə Paralimpiya Oyunlarının ilk onluğuna düşüb.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan paralimpiyaçıları Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarında tarixi nailiyyət əldə ediblər.
Azərbaycan Paralimpiya yığması həm ümumilikdə əldə edilmiş mükafatların, həm də qazanılmış qızıl medalların sayına görə rekord vurub. Komandanın hesabında ümumilikdə 19 medal var. Onlardan 14-ü qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Bu nəticə Azərbaycan idmançılarını ölkə tarixində ilk dəfə olaraq Paralimpiya Oyunlarının ilk onluğuna yüksəldib.
Cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr), uzunluğa tullanmada Orxan Aslanov (7,36 m) Paralimpiya çempionu oldular.
Gümüş medalı yüngül atletikada 100 m məsafəyə qaçışda Lamiyə Vəliyeva qazanıb. L.Vəliyeva həmçinin 400 m məsafədə qızıl medala da sahib olub.
Komandamızın tərkibində Paralimpiadanın bürünc medalçıları isə cüdoçular Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan artıq), pauerliftinqçi Pərvin Məmmədov (49 kq) və uzunluğa tullanmada yarışan Səid Nəcədzadə olublar.
Həmçinin oxuyun:
© REUTERS / MOLLY DARLINGTONPauerlifter Pərvin Məmmədov - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
Pauerlifter Pərvin Məmmədov - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
© REUTERS / THOMAS PETERQadın paracüdoçu Şahanə Hacıyeva (48 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Qadın paracüdoçu Şahanə Hacıyeva (48 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© Photo : AZƏRTACQadın paracüdoçu Sevda Vəliyeva (57 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Qadın paracüdoçu Sevda Vəliyeva (57 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© REUTERS / THOMAS PETERKişi paracüdoçu Namiq Abbaslı - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
Kişi paracüdoçu Namiq Abbaslı - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
© REUTERS / MARKO DJURICAÜzgüçü Roman Saleh - Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi (100 metr, kürək üstü və sərbəst üzmə).
Üzgüçü Roman Saleh - Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi (100 metr, kürək üstü və sərbəst üzmə).
© Photo : Facebook / Azərbaycan Milli Paralimpiya KomitəsiQadın paracüdoçu Xanım Hüseynova (63 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Qadın paracüdoçu Xanım Hüseynova (63 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© REUTERS / THOMAS PETERKişi paracüdoçu Vüqar Şirinli (60 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Kişi paracüdoçu Vüqar Şirinli (60 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© Photo : REPORTQadın paracüdoçu Dursədəf Kərimova (70 kiloqramdan yuxarı) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Qadın paracüdoçu Dursədəf Kərimova (70 kiloqramdan yuxarı) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© Photo : Facebook / Azərbaycan Milli Paralimpiya KomitəsiKişi paracüdoçu İlham Zəkiyev (100 kq-dan yuxarı) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
9/16
© Photo : Facebook / Azərbaycan Milli Paralimpiya Komitəsi
Kişi paracüdoçu İlham Zəkiyev (100 kq-dan yuxarı) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
© Photo : AZƏRTACKişi paracüdoçu Hüseyn Rəhimli (81 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Kişi paracüdoçu Hüseyn Rəhimli (81 kiloqram) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© REUTERS / MARKO DJURICAÜzgüçü Vəli İsrafilov - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı (100 metr məsafəyə brass üsulu ilə).
Üzgüçü Vəli İsrafilov - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı (100 metr məsafəyə brass üsulu ilə).
© Photo : AZƏRTACHəmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© Photo : AZƏRTACElvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© Photo : AZƏRTACSəid Nəcəfzadə (uzunluğa tullanma) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
Səid Nəcəfzadə (uzunluğa tullanma) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı.
© REUTERS / ATHIT PERAWONGMETHAOrxan Aslanov (uzunluğa tullanma) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
Orxan Aslanov (uzunluğa tullanma) - Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl mükafatçısı.
© AP Photo / Emilio MorenattiLamiyə Vəliyeva - 400 metr məsafəyə qaçışda qızıl (dünya rekordu - 55 samiyə), 100 metr məsafəyə qaçışda isə gümüş medal.
16/16
© AP Photo / Emilio Morenatti
Lamiyə Vəliyeva - 400 metr məsafəyə qaçışda qızıl (dünya rekordu - 55 samiyə), 100 metr məsafəyə qaçışda isə gümüş medal.