Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair seminar keçirilib

© © Photo : Ministry of Emergency Situations of the Republic of Azerbaijan Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir
 Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım södürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
BAKI, 4 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Azərpambıq ASK" MMC-nin Goranboy pambıq tədarükü məntəqəsində, "MKT İK" MMC-nin Zərdab filialında və "Kürdəmir Pambıq" ASC-də yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə sözügedən zavodların əməkdaşları iştirak edib.
"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım södürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Həmçinin oxuyun:
"Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"
Xəbər lenti
0