https://sputnik.az/20210903/Sentyabrin-6-dan-12-olkenin-vetendasina-Azerbaycana-giris-cixisa-icaze-verilecek-427846394.html
Sentyabrın altısından 13 ölkənin vətəndaşına Azərbaycana giriş-çıxışa icazə verildi
Sentyabrın altısından 13 ölkənin vətəndaşına Azərbaycana giriş-çıxışa icazə verildi
Sputnik Azərbaycan
Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara... 03.09.2021, Sputnik Azərbaycan
2021-09-03T21:23+0400
2021-09-03T21:23+0400
2021-09-03T21:33+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42273/43/422734379_0:187:2000:1312_1920x0_80_0_0_8aaba1e5346296c00c1395a4c82ae41c.jpg
BAKI, 3 sentyabr - Sputnik. Üç gündən sonra dünyanın 13 ölkəsinin vətəndaşı hava nəqliyyatı vasitəsilə Azərbaycana gəlib-gedə biləcək. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:- Çin Xalq Respublikası;- Estoniya Respublikası;- Finlandiya Respublikası;- Fransa Respublikası;- Honq-Konq (ÇXR);- Xorvatiya Respublikası;- İslandiya Respublikası;- İtaliya Respublikası;- Latviya Respublikası;- Litva Respublikası;- Malayziya;- Səudiyyə Ərəbistanı Krallığı;- Yaponiya.Azərbaycana hava yolu ilə giriş-çıxışa məhdudiyyətin yumşaldılmasıXatırladaq ki, Baş nazirini 28 iyul 2021-ci il tarixində imzaladığı qərara əsasən hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:- Azərbaycan vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;2.5-2-1.2. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.Qeyd edək ki, Nazirlər Kabinetinin iyulun 24-də imzaladığı qərara görə, Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib.Nazirlər Kabinetinin həmin qərarında bildirilirdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:1) yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.Eyni zamanda 1 yaşınadək uşaqlarda uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv olunur.2) Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında3) Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaqlar.4) Müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə nəzərdə tutulmuş sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək.Həmçinin oxuyun: * Sabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər* Azərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldıldı - Hava yolu ilə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42273/43/422734379_0:0:2000:1500_1920x0_80_0_0_0efd996490c726acf19cbf759a04fa17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Sentyabrın altısından 13 ölkənin vətəndaşına Azərbaycana giriş-çıxışa icazə verildi
21:23 03.09.2021 (Yenilənib: 21:33 03.09.2021) Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
BAKI, 3 sentyabr - Sputnik. Üç gündən sonra dünyanın 13 ölkəsinin vətəndaşı hava nəqliyyatı vasitəsilə Azərbaycana gəlib-gedə biləcək.
Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
- Çin Xalq Respublikası;
- Estoniya Respublikası;
- Finlandiya Respublikası;
- Fransa Respublikası;
- Honq-Konq (ÇXR);
- Xorvatiya Respublikası;
- İslandiya Respublikası;
- İtaliya Respublikası;
- Latviya Respublikası;
- Litva Respublikası;
- Malayziya;
- Səudiyyə Ərəbistanı Krallığı;
- Yaponiya.
Azərbaycana hava yolu ilə giriş-çıxışa məhdudiyyətin yumşaldılması
Xatırladaq ki, Baş nazirini 28 iyul 2021-ci il tarixində imzaladığı qərara əsasən hava nəqliyyatı vasitəsilə aşağıdakı şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
- Azərbaycan vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
2.5-2-1.2. yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, o cümlədən onların ailə üzvlərinə (əri, arvadı, valideynləri, uşaqları) münasibətdə – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
Qeyd edək ki, Nazirlər Kabinetinin iyulun 24-də imzaladığı qərara görə, Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib.
Nazirlər Kabinetinin həmin qərarında bildirilirdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:
1) yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
Eyni zamanda 1 yaşınadək uşaqlarda uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələbi ləğv olunur.
2) Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında
3) Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaqlar.
4) Müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə nəzərdə tutulmuş sərnişinlərin sayı 3 (üç) və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi 3 (üç) reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək.